Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 17:56

Balinanın mədəsindən 30 plastik torba çıxarılıb


Foto: arxiv

Norveçdə dalğaların sahilə vurub çıxardığı balinanın mədəsindən 30 plastik torba çıxarılıb.

Balinanı suya qoyub həyata qaytarmaq cəhdləri uğursuz olandan sonra o güllələnərək öldürülüb.

Norveş rəsmiləri balinanın mədəsindən çıxan plastik torbalara işarə edərək dənizlərə atılan plastik tullantıların canlıların həyatına son qoyduğunu bildirib.

Keçən ay Almaniyada dalğaların sahilə vurub çıxardığı 13 balinanın mədə-bağırsağının da plastik tullantılarla dolu olması aşkar edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG