Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:18

Ermənistan: Türkiyə Qarabağ münaqişəsindən aralı durmalıdır


Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun bəyənatını şərh edərkən deyib ki, Türkiyə Qarabağ münaqişəsinin tənzimlənməsi prosesindən kənarda dayanmalıdır.

Bundan əvvəl Çavuşoğlu demişdi ki, Qarabağ münaqişəsi Qafqazın təhlükəsizliyini təsirləndirən məsələdir və Rusiya bu münaqişənin nizamlanması istiqamətində səylər göstərir.

Mevlüt Çavuşoğlu
Mevlüt Çavuşoğlu

Türkiyə xarici işlər naziri bildirmişdi ki, Türkiyə də bu prosesə öz töhfəsini verə bilər.

Çavuşoğlu “Akşam” qəzetinə verdiyi müsahibədə iddia etmişdi ki, Qarabağ münaqişəsinin çözümü üçün Türkiyənin təklifləri də Rusiyanın təkliflərinə bənzəyir.

“Türkiyə Dağlıq Qarabağ tənzimləməsi prosesinə bircə halda, bu məsələdən aralıda dursa fayda verə bilər” - deyib Balayan.

Sözçü əlavə edib ki, “Çavuşoğlunun sələfi də belə təşəbbüslərdə bulunmuşdu, sonu hamıya bəllidir”.

Ermənistan və Türkiyə arasında diplomatik münasibətlər yoxdur və iki ölkənin sərhədi Ankaranın təşəbbüsü ilə 1993-cü ildən bağlıdır.

Ermənistan tərəfi Türkiyəni “erməni soyqırımında” ittiham edir və bu qənaətdədir ki, Ankara Ermənistan-Azərbaycan münaqişəsinin çözümündə neytral ola bilməz.

Türkiyə Dağlıq Qarabağ tənzimləməsi prosesinə bircə halda, bu məsələdən aralıda dursa fayda verə bilər

Ermənistan mediası xatırladır ki, iki ölkə arasında münasibətlərin normallaşmasına 2008-ci ildə başlanmışdı.

2009-cu ilin 10 oktyabrında Ermənistan və Türkiyənin xarici işlər nazirləri diplomatik münasibətlərin qurulması və ikitərəfli əlaqələrin genişləndirilməsi barədə protokol imzalamışdılar.

“Sürix protokolu” kimi tanınan bu sənəd Azərbaycan tərəfindən narazılıqla qarşılanmışdı.

Lakin sonradan iki ölkənin parlamentləri bu sənədi ratifikasiya etməkdən boyun qaçırdı.

2010-cu ilin 22 aprelində prezident Sarkisyan protokolun ratifikasiya prosesinin dayandırılması barədə fərman imzaladı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG