Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 21:46

Bakı merinə 'tualet ismarıc'ı-VİDEO


Turistlərdən Bakı merinə "tualet ismarıc"ı
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00

Bakıda yeyib-içmək öz yerində, amma tualet məsələsi çətin məsələdir

Bakıda restoran, kafe sarıdan korluq çəkdiyini deyənlər varsa da yəqin çox azdır. Yeyib-içmək nə qədər desən, ürəyin istəyən qədər. Amma iş gəlib tualet istəyinə çatanda vəziyyət qəlizləşir.

Bakıda, şəhərin mərkəzi hissəsində təbii ehtiyacı qarşılamaq üçün bir neçə məşhur ünvan var - gərək özünü çatdırasan ya bulvara, ya Fəvvarələr meydanına, ya da ki, Filarmoniyanın həyətinə.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, paytaxtın tualetləri indikindən beş dəfə çox olmalı idi:

"Bakı şəhər icra hakimiyyəti gərək bu işləri nəzərə alsın".

Paytaxtda təsərrüfat işlərini tənzimləyən şəhər icra hakimiyyətindən isə telefon zənglərimizə cavab verən olmadı.

Bakıya gələn turistlər deyirlər ki, bu şəhərdə çox şeydən razıdırlar, tualetlərin sayı artırılsa, lap əla olar.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bəzən turistlər onun təşkilatına da şikayət edir, xüsusilə də tualetin baha olmasından.

Bakı şəhər icra hakimiyyətinin internet saytındakı məlumata görə, paytaxtın 2 milyon 200 min əhalisi var.Qeyri-rəsmi məlumatlara görə, bu say daha çoxdur. Ölkəyə gələn turistlərin sayı isə artır, 2016-ci ildə bu rəqəm təqribən 2 milyon 200 min nəfər olub, bu da əvvəlki illə müqayisədə təqribən 12 faiz çoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG