Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:00

Ramanada 100-ə yaxın Eldar şamı kəsilib


arxiv foto
arxiv foto

Xəzər rayonu, Ramana 2 qəsəbəsində Eldar şamı ağaclarının kəsildiyinin müəyyən edildiyi bildirilir.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında qeyd edilir.

Məlumatda vurğulanır ki, nazirliyə Ramana 2 qəsəbəsində ağacların kəsilməsi ilə bağlı daxil olmuş şikayəti Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları araşdırıblar.

Əraziyə keçirilən baxış zamanı yaşıllıq zolağının hasara alındığı və 100-ə yaxın Eldar şamı ağacının kəsildiyinin aşkarlandığı bildirilir.

“Qanun pozucuları barədə qanunamüvafiq tədbirlərin görülməsi, ərazidə olan yaşıllıqların qorunması, hasarın sökülməsi üçün Sabunçu və Xəzər Rayon İcra Hakimiyyətlərinə, Bakı Şəhər Baş Polis İdarəsinə telefonoqramlar göndərilib”, nazirliyin məlumatında vurğulanır.

Buna da bax: 'Polis qarşımızı almasaydı, 'Ovçular evi' də yerindəydi, şam ağacları da'

Xatırlama

Eldar şamı iynəyarpaqlı ağac növüdür. Azərbaycanda təbii halda Eldar düzünün qərb hissəsində Qabırrıçayın sağ sahilində və Gəncədə Ellər oyuğunda yayılmış nadir ağac növü sayılır . 2004-cü ildə 2000 hektara yaxın eldar şamı meşəsi Göy-göl qoruğundan çıxarılaraq onun əsasında Eldar Şamı Qoruğu yaradılıb.

Eldar şamının Hündürlüyü 20 metrə çatır, düz gövdəli və geniş çətirlidir. Yarpaqlarında C vitamini və karotin var. Oduncağından skipidar, kanifol alınır. Yaxşı tikinti materialıdır.

Eldar şamından bir çox digər növ şam ağaclarının bitmədiyi rayonlarda yaşıllaşdırma məqsədi ilə istifadə olunur.

XS
SM
MD
LG