Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:37

Bakıda 300 yeni avtobus dayanacağı quraşdırılacaq


Foto arxiv
Foto arxiv

Bakı Nəqliyyat Agentliyi (BNA) 300 dayanacaq pavilyonu alıb. Bu məqsədlə dövlət büdcəsindən 5,7 milyon manatdan çox vəsait ayrılıb.

Bu barədə AzadlıqRadiosuna BNA-nın mətbuat katibi Mais Ağayev məlumat verib. O qeyd edib ki, dayanacaq pavilyonlarının 150-si orta, qalan yarısı isə iri ölçülüdür. Onların hamısını bir şirkət – «Sar Qrup» MMC hazırlayacaq. Pavilyonların quraşdırılmasıyla «Etnas-1» MMC məşğul olacaq. Quraşdırma işləri təxminən 200 min manata başa gələcək.

Buna da bax:Bakıdakı tıxacların əsl səbəbi nədir? [video]

Həm quraşdırır, həm də CD disk buraxır

Qeyd edək ki, bu müqavilə “Etnas-1” şirkətinin dövlət satınalmalarında ilk təcrübəsi deyil. Bu il o, həm də Mədəniyyət və Turizm Nazirliyinin Xaçmaz Turizm İnformasiya Mərkəzinə 8 min 500 manatlıq CD disklər satıb.

«Etnas-1» MMC ilə eyni gündə (27 dekabr 2016-cı il) yaradılmış «Arsinal Holdinq» şirkəti isə BNA üçün ümumi dəyəri 85 min manat olan yol nişanları hazırlayacaq. Mais Ağayev deyir ki, yol nişanları agentliyin mütəxəssislərinin araşdırmalarına əsasən, «harada zərurət aşkar olunarsa, orda quraşdırılacaq».

Əvvəlki illərdə paytaxtda avtobus dayanacaqlarının quraşdırılması ilə Bakı şəhər İcra Hakimiyyəti məşğul olurdu. Yeni dayanacaq pavilyonlarının dislokasiyası barədə məlumat verilmir. 2017-ci ildə Sumqayıt şəhərində də dayanacaq pavilyonlarının yenilənməsinə başlanıb.

Foto arxiv
Foto arxiv

Bakıda yol nişanlarına cavabdeh qurum BNA-dır

Maraqlıdır ki, yol nişanlarının satın alınmasıyla bağlı tenderin qalibinin adı bu işləri görmək üçün sertifikatı olan şirkətlərin arasında yoxdur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi ölkədə belə sertifikatı almış 3 şirkətin olduğunu bildirir. Bunlar «Az Siqnal» MMC, «Barama-N» MMC və «Yol Xətt» MMC-dir.

Bakıda sərnişindaşıma sahəsində dövlət nəzarətini və tənzimlənməsini gerçəkləşdirən BNA 2015-ci ilin dekabrında yaradılıb. Əsasnaməsinə görə, qurum nəqliyyat axınının tənzimlənməsindən ötrü yol nişanlarını və işıqforları Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırmaqla quraşdırır və dəyişdirir.

Buna da bax: Bakıda avtobus sürücülərini niyə döyürlər (Video)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG