Keçid linkləri

Təcili xəbərlər
2020, 14 Avqust, Cümə, Bakı vaxtı 06:07

Bakıdakı yanğının səbəbləri araşdırılır

Sobsan boya fabrikində yanğın, 4 iyul 2020

İyulun 4-də Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb. Bu haqda nazirliyin məlumatında deyilir.

Bu zaman FHN-in 5 əməkdaşının xəsarət aldığı, 4 nəfərə yerində yardım göstərildiyi, 1 nəfərin isə Toksikologiya mərkəzinə yerləşdirildiyi bildirilir.

Nazirlik yanğının başvermə səbəblərinin araşdırıldığını qeyd edir.

“Yanğının xüsusilə mürəkkəbliyinə, obyektdə böyük həcmdə tezalışan və partlamaya meylli maddələrin saxlanıldığına baxmayaraq, yanğınsöndürmə və xilasetmə qüvvələrinin effektiv tətbiqi və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində yanğının qarşısı alınaraq daha böyük fəsadların baş verməsinə, o cümlədən yanğının genişlənərək ətraf ərazilərə yayılmasına, obyektə bitişik evlərə keçməsinə imkan verilməyib”, - məlumatda deyilir.

İlkin hesablamalara görə, yanğın nəticəsində təqribən 3000 kv.m. ərazi yanıb.

XS
SM
MD
LG