Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Avqust, şənbə, Bakı vaxtı 07:03

Bakıda yağış, bəzi rayonlarda dolu gözlənir


arxiv

Mayın 13-də axşam Bakı və Abşeron yarımadasında qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyinin əsəcəyi, axşam onun mülayim şimal-qərb küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 25-27 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarının bəzi yerlərində də arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysana keçəcəyi, dolu düşəcəyi gözlənir. Gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG