Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Avqust, Cümə axşamı, Bakı vaxtı 15:03

Bakıda yağış, bəzi rayonlarda dolu gözlənir


Bakı

Mayın 20-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Lakin gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 15-18, gündüz 22-26, Bakıda gecə 16-18, gündüz 23-25 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 14-19, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG