Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 06:50

Bakıda bəzi dərmanlar tapılmır


The drugstore (aptek). Azerbaijan. Baku. 30nov2016

“Bir aydan çoxdur ki, buynuz qişanın müdafiəsində istifadə edilən "Xiloial mono" preparatınıaxtarıb tapa bilmirəm. Bu dərman, Z.Əliyeva adına göz xəstəlikləri Elmi Təhqiqat İnstitutunun apteki də daxil olmaqla, paytaxtın heç bir aptekində yoxdur”.

Hövsan qəsəbəsinin sakini, keratokonus (buynuz qişasının nazikləşməsinin yaratdığıxəstəlikdir) göz xəstəliyindən əziyyət çəkən İlham Məcidov belə deyir.

Apteklər həmin dərmanın yerinə digər surroqatlar (əvəzedicilər) təklif edirlər. Ancaq İ.Məcidov onların effektivliyinə şübhə etdiyini bildirir.

Foto arxiv
Foto arxiv

“Buna görə də tanışımdan xahiş etmişəm ki, həmin preparatı Moskvadan gətirsin ”, İ.Məcidov deyir.

Bu durumla son zamanlar dərmana ehtiyacı olan bəzi bakılılar da rastlaşdığını bildirir. Sosial şəbəkə istifadəçilərinin yaydığı məlumatlara görə bəzi dərmanların tapılması ilə bağlı vəziyyət ürəkaçandeyil. Apteklərin sayının azalmasıgöz, infeksion və terapevtik xəstəliklər üzrə kəskin dərman qıtlığının yaranması ilə müşayiət olunur.

Bakıxanov qəsəbəsindəki bir çox aptekin satıcıları deyir ki, dərman təminatında fasilələr var. Satışa Rusiya istehsalı olan preparatlar daha çıxarılmır. Satılanlar isə əvvəlki partiyanın qalıqlarıdır.


2-3 manatda 20-25 manata...

“Əvvəllər 2-3 manata başa gələn populyar vitaminlər indi başqa adda və qablaşdırmada, 20-25 manata satılır. Bu cür vəziyyət onkoloji, kardioloji, nevroloji təyinatlı preparat qrupları üzrə də müşahidə olunur ”, satıcılar deyir.

Foto arxiv
Foto arxiv

Ekspertlər də deyirlər ki, apteklərdə antibiotiklər, ağrıkəsicilər, ürək xəstəlikləri və allergiyaya qarşı dərmanlarda çatışmazlığı var.

İqtisadçı Azər Mehdiyevin sözlərinə görə, valyutaların məzənnəsinin dəyişməsi satınalma qiymətlərinin artmasına gətirib çıxarıb. Çünki bütün preparatlar ölkə hüdudlarından kənarda alınır.

Dərmanlar nədən bahalaşıb?

“Dərman qıtlığı məhz satınalma qiymətlərinin artırılması ilə bağlıdır. Şirkətlər kifayət qədər çətin vəziyyətdədir, onların dərman tədarükü üçün nəzərdə tutulmuş büdcələri Avropa satış qiymətlərinə tam uyğun deyil. Nəticədə tədarük kəmiyyətcə azalıb, xəstələrin tələbatı isə ötən ilin səviyyəsində qalıb. Bu vəziyyətdə apteklər xarici preparatları Pakistanın patentsiz oxşarları ilə əvəz etməyə çalışırlar”, ekspert deyir.

A.Mehdiyev bildirir ki, hadisələr bu ssenari üzrə inkişaf edərsə, dərmanlar daha da bahalaşacaq.

“İlin sonuna anbarlardakı məhsul qurtaracaq, dərmanları isə artıq yeni qiymətlərlə almaq lazım gələcək”...

Hökumət üzvləri nə deyir?

Hökumət isə dərman bazarındakı durumu problemli hesab etmir.

Bir müddət əvvəl baş nazirin müavini Əli Əhmədov jurnalistlərə bildirmişdi ki, Azərbaycanda dərman qıtlığı ilə bağlı böhran vəziyyəti yoxdur.

Əli Əhmədov
Əli Əhmədov

“Əgər bir aptekə müəyyən bir dərman yoxdursa, bu heç də o demək deyil ki, onlar ümumiyyətlə yoxdur. Ölkənin farmakologiya bazarının təxminən 100 faizi idxal məhsullarından ibarətdir. Ona görə də tədarüklə bağlı müəyyən problemlər yaranır və hökumət onları həll etməyə çalışır ”, o, demişdi.

Azərbaycan hökuməti dərman istehsalına diqqəti artırmaq niyyətindədir.

Bu il yanvarın 16-sı Bakıdakı Pirallahı Sənaye Parkında «Caspian Pharmed» əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirilib.

Layihənin tərəfdaşları TPICO (İran İslam Respublikası) 49 faiz, «Azersun Holdinq» 26 faiz, Azərbaycan İnvestisiya Şirkəti 25 faiz pay sahibinə malikdirlər. Layihə 3 mərhələdən ibarət olacaq.

Birinci mərhələdə həb, kapsul, ikinci mərhələdə ampula, flakon, üçüncü mərhələdə isə antibiotik dərmanlarının istehsalı həyata keçiriləcək.

Yaxın illərdə Azərbaycanda dərman istehsalına başlanacağı gözlənilir.

Buna da bax: "Dərmanlar 14 faiz bahalaşıb"

Günün bütün mövzuları

XS
SM
MD
LG