Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 00:32

Bakıda 32, bəzi bölgədə 38 dərəcə isti gözlənir


İyunun 10-da Bakı və Abşeron yarımadasında havanın günəşli olacağı təxmin edilir. Şimal-şərq küləyinin əsəcəyi, gündüz onun cənub-şərq küləyi ilə əvəzlənəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 19-23, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycan əksər rayonlarında da havanın əsasən yağmursuz olacağı gözlənir. Lakin günün birinci yarısında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 18-23, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG