Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 22:46

Bakının baş planı niyə tez-tez dəyişir?


Bakının yeni planı: nələr sökülür, nələr tikiləcək?
Gözlə

No media source currently available

0:00 0:14:45 0:00

Bakının yeni planı: nələr sökülür, nələr tikiləcək?

2015-cı ildə bir neçə dövlət qurumu paytaxtın baş planını hazırlayıb, Nazirlər Kabinetinə təqdim etmişdi, amma prezident İlham Əliyev iyunun 27-də sərəncam verib ki, baş planın hazırlanması ilə bağlı tədbirlər üçün Prezidentin Ehtiyat Fondundan 4 milyon manat ayrılsın və xaricdən də mütəxəssislər gətirilsin.

Prezidentin sərəncamı ilə yeni baş plan hazırlanacaq, yoxsa mövcud plana əlavələr ediləcək?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən gün ərzində bu suala cavab ala bilmədik.

Amma hökumətdə çalışan, adının çəkilməsini istəməyən iki mənbə deyir ki, yeni sərəncam, hazırlanmış baş plana əlavə və dəyişiklər üçündür, yenisi deyil.

Yenə də tramvay söhbəti?

Dövlət Layihə İnstitunun Nazirlər Kabinetinə təqdim etdiyi Bakının Baş planı layihənin hazırlanmasında iştirak etmiş, Rəssamlıq Akademiyasının Memarlıq kafedrasının professoru Feyzulla Quliyev deyir ki, onların da layihəsinin hazırlanmasında xarici mütəxəssislər iştirak etmişdi:

“2014-cü ildə, beynəlxalq səviyyəli Böyük Bakı regional inkişaf layihəsi hazırlanıb, aidiyyatı dövlət qurumları ilə razılaşdırılıb və təsdiq üçün Nazirlər Kabinetinə göndərilib. Mütəxəssislər hamısı tender yolu ilə seçilmişdi, burda italyan memar var idi, ispan ekoloqu var idi, burda amerikalı iqtisadçısı var idi, avstraliyadan planlaşdırma mütəxəssisi var idi”.

Tramvay Bakıya qayıdacaqmı?
Tramvay Bakıya qayıdacaqmı?

Feyzulla Quliyev deyir ki, bu, tam başa çatmış plan idi, bundan sonra müfəssəl, daha detallı plan hazırlanmalı idi. Müfəssəl planın hazırlanması isə rayon icra hakimiyyətlərinə həvalə olunmuşdu.

Memarın sözlərinə görə, o zaman təqdim olunmuş Baş planın büdcəsi 5 milyon manata yaxın idi. Feyzulla Quliyev deyir ki, prezidentin yeni sərəncamı ilə hansı işlərin görüləcəyi ona da aydın deyil.

Əvvəlki plan haqda mətbuata açıqlama verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bildirmişdi ki, 2030-cu ilə qədər görüləcək işlər arasında, köhnə, pərakəndə binaların sökülməsi, ali məktəblərin köçürülməsi, tramvayların bərpa olunması nəzərdə tutulmuşdu.

Paytaxt Kürdəmir olsun?

Qeyri-hökumət təşkilatı olan “Tarix-mədəni və təbii irsi qoruma” İctimai Nəzarət Komitəsinin rəhbəri Aytəkin İmranova deyir ki, heç 2015-cı ildə hazırlanmış planın da detalları ictimaiyyətə tam açıqlanmamışdı. Onun sözlərin görə, Bakının baş planı həm də insanların əhvalına, psixoloji durumuna birbaşa təsir edir. Aytəkin İmranova deyir ki,əvvəllər küçələr xəzri-gilavar əsasında planlaşdırılırdı ki, ventilyasiya olsun. Neft pulları gələndən sonra şəhər dəyişdi:

“Hər qarışda tikinti aparmağa başladılar. Şəhərin havası dəyişdi, iqlim dəyişdi. Baş plan insanların yaşayış mühitini formalaşdırır. Baş plan uzun müddətdə və ictimaiyyətin iştirakı ilə hazırlanmalıdır”.

Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri Samirə Abdullayeva isə deyir ki, 2014-cü ildə hazırlanmış planı da dəyişməyə ehtiyac var, çünki şəhər böyüyür, dəyişir. Onun sözlərinə görə belə qədim şəhərlərin mərkəzinə avtomobillər buraxılmır, Bakı da belə olmalıdır.

Mütəxəssis deyir ki, paytaxt Bakıdan ümumiyyətlə köçürülsə, yükü azaldılsa, yaxşıdır. O, paytaxtın ölkənin mərkəzinə, Kürdəmirə köçürülməsini təklif edir.

Aytəkin İmranova isə deyir ki, bir qurum layihə hazırlayandan sonra prezidentin yeni sənəd üçün sərəncam imzalaması pis idarəetmədən, qurumlar arasında koordinasiyanın zəif olmasından xəbər verir.

AzadlıqRadiosu Bakı sakinləri arasında sorğu aparıb. Görəsən onlar şəhərin gələcəyi haqqında nə düşünürlər:

"Bakıda "Disney Land" tikilsin"
Gözlə

No media source currently available

0:00 0:00:42 0:00

Bakının baş planı sonuncu dəfə 1986-cı ildə qəbul olunub, 1986-2007 -ci illəri əhatə edib.

Sovet hökuməti dağılandan sonra rayonlarda yaşayanlar iş dalınca Bakıya gəlib, burda məskunlaşıblar.

Ölkəyə neft pulları gəlməyə başlayandan sonra isə Bakıda tikinti bumu başlanıb, çoxlu sayda yeni tikililər inşa olunub. Hələlik bəlli deyil ki, yeni Baş plan, ya da yenilənəcək baş planda bu cür pərakəndə tikililərlə bağlı problem necə həll ediləcək.

XS
SM
MD
LG