Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:50

Bakı metrosu fəlaiyyətini bərpa edib


arxiv foto
arxiv foto

Bakı metrosu bu gün, iylun 4-ü işini bərpa edib.

Bu barədə “Bakı Metropolteni” Qapalı Səhimdar Cəmiyyətindən (QSC) bildiriblər.

Cəmiyyətdən verilən məlumata görə, saat 13:15-dan etibarən Bakı metrosu sərnişin daşınmasına başlayıb.

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektirik Stansiyasında 1-ci və 6-cı enerji blokunda qəza baş verdiyi bildirilirdi. Nəticədə ölkənin əksər yerlərində elektrikin verilməsi dayanmışdı. Yalnız iyulun 3-u səhər saatlarından Bakıda və ölkənin bölgələrində elektrik verilişinin tədricən bərpa edildiyi açıqlanmışdı.
Ancaq iyulun 3-ü saat təqribən 18-45 radələrində paytaxt və ölkənin bir çox hissələrində yenidən elektik kəsilmişdi. Bakı metrosunda tuneldə qalan insanlar təxliyə edilmişdi. Yalnız gecə saatlarında Bakıda və işıqların söndüyü bölgələrdə elektirikin böyük ölçüdə bərpa edildiyi açıqlanmışdı

Metro stansiyaları dünən, saat 19-dan bağlanmışdı.

XS
SM
MD
LG