Layihə İnstitutu dekabrın 22-də “Bakı şəhərinin ərazisindən istifadə və zonalaşdırılması planı”nı (Baş plan) təqdim edib.
Bakının Baş planına 283 milyard lazımdır
Layihəyə əsasən Bakı və Abşeron 9 zonaya bölünür: Cənub, Şimal, Şərq, Mərkəzi və beş periferiya.
Buna da bax: Bakının baş planı var, ya yox?
Hər zonanın öz mərkəzi olacaq. Plan 248 min hektar sahəni əhatə edir.
Baş planın 2035-ci ilədək planlaşdırılması nəzərdə tutulub və astronomik məbləğ - 283,97 milyard manat həcmində dəyərləndirilir. Həmin vəsaitlərin mənbəyi göstərilməyib.
Planda 2035-ci ilədək paytaxtın mənzil fondunun sahəsi 97,78 mln. kv/metr göstərilib.
Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib ki, layihənin gerçəkləşdirilməsi ilə əlaqədar Bakıda 122 min bina söküləcək və köçürüləcək.
Buna da bax: 350 'göydələn'in hərəsinə 30 sot sahə ayrılacaq
“Binaların sökülməsi bütün paytaxt ərazisində hər yerdə aparılacaq”, - o bildirib.
Maştağa qəsəbəsi ilə bağlı “Sakit şəhər” konsepsiyasının reallaşdırılması nəzərdə tutulur. Ancaq bunun nə olduğunu açıqlamayıb.
“Ağıllı şəhər” nədir?
Eyni zamanda, Abşeronda kənd təsərrüfatı obyektlərinin yaradılması və torpaq sahəsinin saxlanması planlaşdırılır. Cənub zonası çərçivəsində Ələt qəsəbəsində “Ağıllı şəhər”in, nəqliyyat qovşağının, həmçinin biznesin idarə edilməsi üzrə ixtisaslaşdırılmış universitetin yaradılması təklif edilir. İ.İsbatov “Ağıllı şəhər”in də nə olduğunu açıqlamayıb.
Buna da bax: Bakının kələ-kötür yollarında mənimsənilən milyardlar
Baş planda Ələt qəsəbəsində 200 min nəfər əhalisi olan regional mərkəzin yaradılması təklif edilir.
Planda Ələt qəsəbəsində yeni sərnişin aeroportunun yaradılması da planlaşdırılır.
İ.İsbatov bunun turizmin inkişafı, Ələtdə azad ticarət zonasının yaradılması ilə əlaqədar olduğunu bildirib.
Azərbaycan Dövlət Neft Fondunun 25,8, Mərkəzi Bankın isə 4 milyarddan bir qədər çox ehtiyatı var.
Buna da bax: