Keçid linkləri

2026, 30 Mart, Bazar ertəsi, Bakı vaxtı 15:36

Abşeronda, Bakıda su şikayətləri eşidilir

'Böyük söküntü olacaq' – Bakının daha su altında qalmayacağı vəd edilir
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

'Böyük söküntü olacaq' – Bakının daha su altında qalmayacağı vəd edilir (ARXİV)

Azərbaycan paytaxtı Bakıda, Sumqayıtda və Abşeron rayonunda bəzi ərazilərin su ilə təminatında problem yaşandığı bildirilir.

Sakinlərin qeyd etməsinə görə, artıq bir neçə gündür mənzillərinə su ya verilmir, ya da çox qısa fasilələrlə su əldə edə bilirlər.

Hələlik şikayətlərə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma ayrı-ayrı şikayətçilərin bildirməsinə görə, onlara müraciətləri zamanı bu vəziyyət son günlər aramsız yağış nəticəsində Bakı və ətraf ərazilərdə yaranmış selbasmalarla izah edilib. Deyilib ki, kanalizasiyalarda daşmalara görə sular fasilələrlə verilir, üstəlik, anbarlardakı filtrlərdə problem yaranıb.

Martın 27-i, 28-i yağış Bakı və ətraf ərazilərdə fəsadlar törədib. Bakı şəhəri və Abşeron rayonunun bəzi ərazilərində küçələri, həyətləri, mənzilləri su basıb.

Son illər Bakı və ətraf ərazilərdə güclü yağış zamanı eyni problemlər yaranır. Hətta 2024-cü ilin oktyabrında sel Sabunçu rayonunda tuneli basarkən iki nəfər həlak olmuşdu.

Xatırlatma

Bu il yanvarın 12-də Bakı şəhəri, habelə Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədə prezident İlham Əliyev fasiləsiz içməli su ilə təminat və kanalizasiya problemlərinə də diqqət çəkmişdi.

"Bu gün fasiləsiz içməli su ilə təmin olunan əhali 70 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatacaq. Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq...", - o vurğulayırdı.

"Bu gün kanalizasiya xidməti göstərilən əhali cəmi 50 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatdırılmalıdır", - o əlavə edirdi.

Amma bəzi ekspertlər də deyirlər ki, son onilliklərdə Azərbaycanda su, kanalizasiya problemlərinə milyardlarla pul xərclənib. Onlar hesab edirlər ki, əgər həmin vəsaitlərdən səmərəli istifadə edilsə idi, problemlər belə kəskin olmazdı.

XS
SM
MD
LG