Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:39

Gürcüstanda banklara borclu olanların borcu silinəcək


Mamuka Bakhtadze
Mamuka Bakhtadze

Gürcüstanda banklara və digər maliyyə orqanlarına borcu olan 600 minədək adam "maliyyə amnistiyasına" düşəcək. Yəni onların borcları tamamilə silinəcək.

Azadlıq Radiosu Gürcü xidmətinin məlumatına görə, bunu noyabrın 19-da ölkənin baş naziri Mamuka Bkhtadze canlı yayımla yayılan brifinqdə deyib.

Nazirin sözlərinə görə bu borcların ümumi məbləği təxminən 565 milyon dollardır və həmin adamların 150 minə yaxını sosial cəhətdən müdafiəsizdir.

Dekabrın 15-dən başlanacaq proses, ayın sonunda başa çatmalıdır.

Müxalifətdən olan prezidentliyə namizəd Grigol Vashadze də bu ərəfədə belə bir təşəbbüslə çıxış edib.

O bildirib ki, kreditini ödəməyə gücü çatmayan vətəndaşların borcu hökumət tərəfindən alınmalıdır.

Vashadze bu insanları borcdan qurtarmaq üçün parlamenti iqtisadi amnistiya elan etməyə, Mərkəzi bankı isə ipoteka kreditlərinin faizini yarıbayarı azaltmağa çağırmışdı.

Qeyd edək ki, bu addım Gürcüstanda qarşıdan gələn prezident seçkisi ərəfəsində atılır.

Noyabrın 28-də keçiriləcək seçkinin ikinci mərhələsində hakim “Gürcü arzusu” partiyasının dəstəklədiyi Salome Zurabişvili ilə keçmiş prezident Mixeil Saakaşvilinin “Vahid Milli Hərəkat Partiyası”nın üzvü, Qriqol Vaşadze mübarizə aparacaqlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG