Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:04

‘Tıxac’a ‘süni sıxlıq’ deməklə problem həll olunurmu?


İlham Əliyev Konstitusiya Məhkəməsinə üz tutdu- Nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:10:07 0:00

İlham Əliyev Konstitusiya Məhkəməsinə üz tutdu- Nə baş verir?

Paytaxt Bakıda həm sürücülər, həm də sərnişinlər tıxacdan dad edirlər. Deyirlər ki, illərdir paytaxt yollarında günün müəyyən saatlarında ciddi tıxac problemi yaşanır. Onlar da mənzil başına gecikir, saatlarla vaxt itirirlər:

“5 dəqiqəlik yolu getməyə saatlarla vaxt itiririk. Gedib mənzil başına çıxa bilmirik. Baxın indi bu saat yollarda tıxac var. Amma bir nəfər də olsun yol polisi yoxdur”.

Bəs, Bakıda tıxacların yaranmasına səbəb nədir? Bu problemi necə həll etmək olar?

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Bakıda tıxac probleminin olması fikri ilə razılaşmır.

O bildirir ki, bu tıxac yox, süni sıxlıqdır. Onun sözlərinə görə, günün müəyyən saatlarında yaranan bu sıxlıq hardasa 1 saat davam edir. Vaqif Əsədov bildirir ki, sıxlıq əsasən səhər və günorta saatlarında təhsil müəssisələrinin yaxınlığındakı küçə və prospektlərdə müşahidə olunur. Axşamlar isə daha çox iş vaxtı bitəndən sonra yaşanır:

“Süni sıxlığa biz yalnız pik saatlarda rast gəlirik. Hesab edirik ki, bunun da səbəbi səhər saatlarında təhsil müəssisələrinə bitişik küçə və prospektlərdəki sıxlıqdır. Bəzi sürücü valideynlər 1 dəqiqəlik belə maşını saxlamaları ilə sıxlığa şərait yaradır”.

Vaqif Əsədov son zamanlar, xüsusilə də axşam saatlarında sıxlığın artması səbəblərdən biri kimi də toy mövsümünün başlanmasını göstərir. Onun sözlərinə görə, bundan başqa Bibiheybət yolunun bağlanmasını da şəhərdə nəqliyyat sıxlığını artırıb.

Vaqif Əsədov bildirir ki, sürücülərin qaydaları pozmasa, harda gəldi maşını saxlamasa, birinci olmaq istəyi ilə avtomobili idarə etməsə, sıxlıq da olmaz.

Tramvay belə yerdə lazım idi

Amma nəqliyyat eksperti İlqar Hüseynli düşünür ki, tıxac probleminin kökündə duran məsələlər daha dərindir. Bura şəhərsalmadan tutma, urbanizasiya və digər məsələlər də daxildir.

O bildirir ki, Bakıda tıxac problemini həll etmək üçün bu problemi yaradan səbəblərə diqqət yetirmək önəmlidir. Onun sözlərinə görə, regionlardan paytaxta axın, Bakıda aparılan tikintilər zamanı müvəqqəti dayanacaqların nəzərə alınmaması, tramvayların ləğv olunması, yeni yollar salınarkən nəqliyyat sıxlığının planlaşdırılmaması kimi məsələlər tıxac probleminin kökündə dayanır.

Bakıda 1889-cu ildən işləyən tramvay nəqliyyatına 2004-də son qoyulub
Bakıda 1889-cu ildən işləyən tramvay nəqliyyatına 2004-də son qoyulub

Hökumət bu problemi həll etmək istəyirsə, ilk növbədə onu yaradan problemlər aradan qaldırılmalıdır. Amma İlqar Hüseynli etiraf edir ki, bu problemin həlli elə də asan iş deyil. Buna illər və xeyli vəsait tələb olunur:

"Tıxac imkanlarını azaltmaq üçün alternativ nəqliyyat vasitəsi olan tramvayların bərpasına uzun zaman və xeyli vəsait lazımdır. Bundan başqa insanların psixologiyası dəyişməlidir. Bu istiqamətdə maarifləndirici işlər aparılmalıdır".

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənməyə çalışıb:

Sizcə, paytaxt Bakıda tıxac problemini necə həll etmək olar?
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00

Azərbaycan hökuməti ən çox tıxac problemi yaşanan yollardan birində, Bakı Sumqayıt yolunun genişləndirilməsi işinə başlayıb. Rəsmilər vəd edirlər ki, bu yol genişlənəndən sonra həmin istiqamətdəki sıxlığı aradan qaldıracaq.

Ekspert İlqar Hüseynli isə hesab edir ki, hökumət nəqliyyatın sıx olduğu yolların genişləndirilməsi işini davam etdirməsinə ehtiyac var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG