Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

Müxalifət Çexiya baş nazirinin istefasını tələb edir


Andrej Babis
Andrej Babis

Altı müxalifət partiyası Çexiyanın baş naziri Andrej Babis-in istefasını tələb edib. Bu partiyalar baş nazirə etimad səsverməsinin keçirilməsini istəyirlər.

Bundan əvvəl yayılan xəbərlərə görə, Andrej Babis-in 35 yaşlı oğlu demişdi ki, onu Krımda iradəsinə xilaf olaraq saxlayırlar. Onun sözlərinə görə, atası və onun yoldaşları Avropa İttifaqı vəsaitlərinin mənimsənilməsi ilə bağlı ittihamların ardınca onun üçün Krıma “tətil” təşkil ediblər.

Seznam internet televiziyası şəbəkəsi noyabrın 13-də bu barədə reportaj yayınlayıb. Bu reportajda oğul Andrej Babis-lə müsahibə də olub. O deyib ki, onu Krım səfərinə tovlayaraq yola salıblar və bu, faktiki olaraq “adam oğurluğuna” çevrilib.

Daha sonra baş nazir, oğlunun dediklərini təkzib etmiş və onun ruhi xəstə olduğunu bildirmişdi.

Babis-in istefasını tələb edən partiyaların parlamentdə 92 millət vəkili var. Baş nazirə etimadsızlığın elan edilməsi üçün azı 101 deputat bu qərara səs verməlidir.

Keçmiş maliyyə naziri Babis 2017-ci ildən baş nazirdir. O 2016-cı ildə demişdi ki, birinci nikahdan olan ikin övladı – Andrej və qızı Adriana Praqa ətrafındakı “Durna yuvası” adlı fermanın və konfrans zalının sahibidirlər.

Bundan əvvəl Babis Avropa İttifaqından kiçik təsərrüfat üçün qanunsuz olaraq 2 milyon avro almaqda və “Durna yuvası” obyektinə özünün sahib olduğunu gizlətməkdə günahlandırılırdı.

Seznam-in yaydığı reportajda oğul Babis deyir ki, atasının Agrofert şirkətində sürücü işləyən Pyotr Protopopov, “Durna yuvası” qalmaqalından sonra atasının göstərişi ilə onun “yoxa çıxmasını” təşkil edib.

O deyib ki, Protopopov və onun psixiatr xanımı Dita Protopopova onun etibarından sui-istifadə ediblər. Dita Protopopova oğul Babis-i müalicə edirmiş.

Oğul Babis deyib: “Protopopova deyirdi ki, məni ya ruhi xəstəxanaya qoymalıdırlar, ya da harasa tətilə göndərməlidirlər…” Baş nazirin oğlu deyib ki, Krım tətili sadəcə olaraq onun oğurlanması idi.

O uzun müddət Rusiyanın nəzarətində oplan Yalta və Sevastopoldakı mənzillərdə yaşadığını deyib. Oğul Babis deyib ki, əvvəlcə Slovakiyaya, ordan da İsveçrəyə qaça bilib.

Baş nazir Babis Seznam-ın reportajını “manipulyasiya” və “jurnalistlərin hüquq-mühafizə orqanlarına təzyiqi” adlandırıb.

Babis deyib ki, oğlu xəstəliyinə görə dərmanlar qəbul edir və daim himayədə olmalıdır. Baş nazir əlavə edib ki, hazırda oğlu anası ilə birlikdə İsveçrədədir.

Seznam-ın verdiyi məlumata görə Dita Protopopova Babis maliyyə naziri olarkən, 2016-2017-ci illərdə onun nazirliyində müşavir işləyib. Sonradan Babis baş nazir seçiləndə artıq onun ANO partiyasının üzvü olan bu qadına Praqanın 8-ci rayonunda bələdiyyə başçısının müavini vəzifəsi verilib.

Seznam-ın reportajından sonra Protopopova vəzifəsindən istefa etdiyini bəyan edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG