Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:35

Separatçılıqda ittiham olunan başqırd fəalın həbs müddəti uzadılıb


Ayrat Dilmukhametov
Ayrat Dilmukhametov

Rusiyada Başqırdıstan regional məhkəməsi müxalifət siyasətçisi Ayrat Dilmukhametov-un məhkəməyə qədər saxlanma müddətinin uzadılması barədə qərar qəbul edib.

Başqırdıstanın paytaxtı Ufa şəhərindəki məhkəmənin aprelin 29-da qəbul edilmiş qərarında deyilir ki, Dilmukhametov iyulun 6-dək təcridxanada saxlanacaq.

Dilmukhametov martın 15-də həbs edilib. O ötən il yaydığı videoda Rusiyanın ərazi bütövlüyünü pozmaq çağırışları etməkdə ittiham edilir.

O həmin videoda etnik respublikalara daha çox muxtariyyət verilməsi ilə Rusiyanın “əsl” federasiyaya çevrilməsini təklif edirdi.

Dilmukhametov-un vəkili Aleksei Zakharov AzadlıqRadiosuna deyib ki, hazırda Federal Təhlükəsizlik Xidməti (FTX) onun müştərisinə qarşı yeni ittihamlar tərtib etməyə çalışır.

Zakharov-un dediyinə görə o, həm də ekstremizmə çağırışda və terrora dəstəkdə ittiham oluna bilər.

Dilmukhametov-a qarşı yeni ittihamlar onun qadağan edilmiş islamçı qrupun bir neçə başqırd üzvünün həbsinə etiraz edən bəyanatlar verməsi ilə bağlıdır.

O 2018-ci ilin sentyabrında yerli sakinlərlə əslən Çeçenistandan olan fəhlələr arasında Temas kəndində baş vermiş toqquşma barədə də bəyanat vermişdi.

Zakharov buildirib ki, o, gözlənilən ittihamların detalları barədə məlumata malik deyil. Vəkil deyib ki, Dilmukhametov-un saxlanma müddətinin uzadılması qərarı ilə bağlı apellyasiya şikayəti verəcək.

Dilmukhametov-un tərəfdarlarının fikrincə ona qarşı yeni ittihamların irəli sürülməsinə səbəb hazırkı ittihamın “zəif” olmasıdır.

Dilmukhametov özünə qarşı bütün ittihamları rədd edir və bildirir ki, onun saxlanması siyasi motivlidir.

Moskvada mənzillənmiş Memorial insan haqları qrupu Dilmukhametov-u vicdan məhbusu elan edib.

Dilmukhametov-un saxlanmasına habelə müxalif Yabloko partiyası, Başqırd Xalqının Konqresi və Kalmık Xalq Konqresi etiraz ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG