Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 14:42

Baş redaktora 6 il 6 ay həbs tələbi


İ.Rəhimov

Realliq.info saytının həbsdə olan baş redaktoru İkram Rəhimova 6 il 6 ay həbs cəzası istənilib. İyunun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Prokuror deyib ki, İ.Rəhimovun adamları rəhbərlik etdiyi saytda rüsvay edən materiallar yaymaqla hədələyib, onlardan pul alması məhkəmədə sübuta yetirilib. Dövlət ittihamçısı deyib ki, İ.Rəhimov CM-in 182.2.2 (hədə-qorxu ilə tələbetmə - təkrar törədildikdə) maddəsi ilə təqsirli bilinməlidir.

Prokurordan sonra vəkil çıxış etməlidir. Vəkil Elçin Sadıqov isə məhkəmədən çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Məhkəmə iyunun 12-də davam edəcək.

İ.Rəhimov ötən ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs olunub. İttihamda yazılıb ki, o, saytda tabeliyində olan şəxslərlə birlikdə realliq.info və başqa reket saytlar yaradıb. Həmin portallarda müxtəlif adamlar haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyib, onlardan pul alıb. Hədələnən adamların sonradan DTX-ya şikayət etdiyi və bunun əsasında əməliyyat keçirildiyi bildirilir.

Amma İ.Rəhimov ittihamı rədd edir və prezidentin köməkçisi Əli Həsənov və Mətbuat Şurasının sədri Əflatun Amaşovun sifarişi ilə həbs olunduğunu iddia edir. O, həbsindən öncə «Turan» informasiya agentliyinə izlənməsi barədə açıqlama verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG