Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:38

Baş prokurorun sabiq birinci müavini məhkəmə zalında həbs olundu


Vaxtilə Baş prokurorun müavini işləmiş, ardınca uzun illər vəkil çalışmış Məmmədvəli Cəfərov həbs olunub.

Bu hadisə iyulun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində yaşanıb. Məmmədvəli Cəfərov Qaradağ Rayonu İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Rəhman Yusifovu həbsdən buraxdırmaqdan ötrü onun oğlu Rəşaddan 150 min manat alıb aldatmaqda təqsirli bilinib.

Özünü təqsirsiz sayan Cəfərov hökmdən öncə ifadəsində də deyib ki, Rəşad atası həbsdə olduğu müddətdə ondan qalan pulları qumarda uduzub və müxtəlif işlərdə batırıb. İndi də atasının yanında özünü təmizə çıxarmaqdan ötrü ona böhtan atır.

2008-ci ilədək sözügedən rayonda icra başçısının birinci müavini, ardınca 2012-ci ilədək bu rayonun Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəhbəri olmuş Rəhman Yusifov həmin il həbs edilib.

O, rüşvət almaqda ittiham edilərək 5 il həbs cəzası alıb. Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb. İş Ali Məhkəməyə çatanda onun oğlu Rəşad vəkil Məmmədvəli Cəfərovla müqavilə bağlayıb.

Rəşad Yusifov iddia edir ki, vəkil Ali Məhkəməyə 150 min manat çatdıraraq, Rəhman Yusifovu buraxdıracağına söz verib. Amma son nəticədə nə Ali Məhkəmə hökmü dəyişib, nə də pul qaytarılıb.

Məmmədvəli Cəfərov deyir ki, atasının müdafiə işi ilə əlaqədar Rəşad onun yanına gəlib-gedəndə dostu Möhübbət Əhmədovu tanıyıb.

M. Əhmədov Dövlət Gömrük Komitəsində çalışıb. Siqaret biznesiylə məşğul olmaq qərarına gəldiklərindən, Rəşad onun vasitəsiylə Möhübbətə 80 min manat verib. Sonradan iş alınmayanda, həmin məbləğ bir neçə dəfəyə qaytarılıb.

“Onsuz da aşağı cəza verilmişdi”

"Rəhman Yusifova rüşvət ittihamıyla onsuz da aşağı cəza verilmişdi, onun azadlığa çıxması isə mümkün deyildi. Bunu oğluna da demişdim. Mənimlə vəkil kimi müqavilə bağlayanda cəmi 500 manat verdi, ancaq atasına 2 min manat demişdi. Rəşad bir dəfə məndən və Möhübbətdən 3 min manat borc istədi. Dedi ki, qumarda uduzub. Mənə deyirdi ki, Gürcüstanda keçirilən poker yarışında 7-ci yeri tutub. Bu işdə dostu Rüfət Yüzbaşov ifadə verdi, guya Rəşad ondan borc alıb mənə verib. Həmin şəxs özü qanunsuz qumarxana saxladığına görə həbsdədir". Bunları sabiq baş prokuror müavini deyib".

Zərərçəkən qismində tanınan Rəşad Yusifov məhkəmədə deyib ki, hüquq-mühafizə orqanlarına şikayətindən sonra vəkil hiss-hissə olmaqla, 64 min manat pulu qaytarıb, qalanı isə hələ də qaytarılmayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG