Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:11

Baş nazirin arvadı: 'O, Qarabağa qayıdacaq'


A.Paşinyan
A.Paşinyan

«Aşot xidmət etdiyi şəxslərlə birgə hazırlıqlara və ya kurslara gəlib, bu, müvəqqətidir və o, qayıdacaq», - mayın 27-də Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Dağlıq Qarabağada xidmət edən oğlu ilə bağlı mətbuatın sualını cavablandırarkən deyib.

O, baş nazirin oğlu Aşot Paşinyanın Dağlıq Qarabağda yerləşən hərbi hissədən Yerevandakı hərbi hissəyə gətirilməsinin «Qarabağda vəziyyət pisdir, hakimiyyət bunu gizləyir» kimi yayılmış informasiyalarla bağlı olub- olmaması haqda suala belə cavab verib:

«Aşot xidmət etdiyi şəxslərlə birgə hazırlıqlara və ya kurslara gəlib, bu, müvəqqətidir və o, (Qarabağa) qayıdacaq. Mənim hər hansı informasiyam yoxdur ki, situasiyaya mümkün... Bu belə deyil və Aşotun Yerevana gəlişinin buna heç bir dəxili yoxdur. O, Dağlıq Qarabağda necə xidmət edibsə, o cür də xidmətini orda davam etdirəcək. Bu, adi haldır. Bizim oğlumuz hər hansı adi əsgər kimi xidmət edir, onun xidməti başqalarınkından qətiyyən fərqlənmir, hətta onun Yerevana gəlib, daha sonra (Qarabağa) qayıtması da fərqlənmir».

Baş nazirin həyat yoldaşı bildirib ki, Yerevanda müəyyənləşdirilmiş qaydalara görə, oğlunun birgünlük məzuniyyəti olub və o da onu evdə keçirib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi sosial mediada yayılan məlumatları şərh edərkən deyib ki, Ermənistan Silahlı Qüvvələrinin hər bir əsgəri müxtəlif vaxtlarda müxtəlif toplanışlarda iştirak edir, imtahan verir və təlimlər keçir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG