Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:46

Sargsyan həbsdən çıxan Kocharyana baş çəkib


Keçmiş Ermənistan prezidentləri Serzh Sargsyan və Robert Kocharyan. 4 Aprel, 2008.
Keçmiş Ermənistan prezidentləri Serzh Sargsyan və Robert Kocharyan. 4 Aprel, 2008.

Ermənistanın 3-cü prezidenti Serzh Sargsyan bu günlərdə həbsdən çıxan 2-ci prezident Robert Kocharyana baş çəkib.

Bu barədə AzadlıqRadiosunun erməni xidməti Tert.am saytına istinadla xəbər verir.

Robert Kocharyanın ofisinin rəhbəri Viktor Sogomonyan portala bildirib ki, Kocharyan azad olunduqdan sonra Sargsyan onun yanına gedib.

Amma Sogomonyan deyir ki, keçmiş prezidentlərin görüşündə nələrin müzakirə olunduğunu bilmir.

“Hesab edirəm ki, siyasi məsələlərdən daha çox şəxsi məsələlər müzakirə olunub”, Sogomonyan vurğulayıb.

Onun sözlərinə görə Robert Kocharyan yaxın vaxtlarda bəyanatla çıxış edəcək.

Bundan əvvəl verilən məlumata görə Kocharyan “İzmirlyan” tibb mərkəzində müayinədən keçib.

Qeyd edək ki, Yerevan məhkəməsi mayın 18-də Kocharyanın həbsdən azad edilməsi barədə qərar çıxarıb.

Buna da bax: Məhkəmə Kocharyanı azadlığa buraxdı.

Koçaryan “2008-ci ildə ökədə konstitusyon quruluşu devirməkdə və böyük məbləğdə rüşvət almaqda ittiham olunur.

Onu, Azərbaycanın separatçı bölgəsi-qondarma Dağlıq Qarabağ rejiminin indiki və keçmiş rəhbərləri Bakı Saakyanla Arkadi Gukasyan saminliyə götürüblər. Onlar həmçinin 2 min dollara yaxın girov qoyublar.

Xatırladaq ki, Ermənistan hakimiyyəti 2008-ci il martın 1-də şəhərin Azadlıq meydanında aksiyaçıların üzərinə polis qüvvələri yeridərək kütləvi etirazları amansızcasına boğdu.Nəticədə azı 10 nəfər öldü.

Aksiyaçılar həmin vaxt keçirilmiş prezident seçkisinin nəticələrinə etiraz edirdilər.

Həmin seçkidə Kocharyandan sonra hakimiyyətə , ötən il kütləvi etirazlarla hakimiyyətdən uzaqlaşdırılan Sezh Sargsyan gəlmişdi.

İndi yeni Ermənistan rəhbərliyi Kocharyanı cinayət məsuliyyətinə cəlb edib.

Kocharyanla Sarkisyan Dağlıq Qarabağda doğulublar, siyasi karyeraları isə Azərbaycanın bu separatçı bölgəsinin Erməni qüvvələri tərəfinbdən işğalından sonra başlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG