Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:59

Bələdiyyə seçkilərinə gedənlər və getməyənlər...


Qazaxda bələdiyyə seçkiləri. 2014
Qazaxda bələdiyyə seçkiləri. 2014

Bu il dekabrın 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Amma ölkədə bəzi siyasi qüvvələrin bu seçkiyə bir elə də marağı yoxdur. Hakimiyyət və parlamentdə təmsilçiləri olan siyasi qüvvələr bu seçkilərə yüksək önəm verdiklərini bildirsələr də, bir sıra müxalif siyasi qüvvələr onda qüvvələrini sınamaq niyyətində deyirlər...

ReAL-ın əsas hədəfi nədir?

Seçkilərə müxalif qüvvələr arasından qatılan ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli AzadlıqRadiosuna deyib ki, bələdiyyə seçkiləri ilə bağlı problemləri dərindən öyrənmək üçün partiya məruzəçi təyin edib, həmin şəxs də bir ay ərzində hesabat hazırlayıb: «Bu hesabatdan irəli gələn müəyyən təkliflər oldu. Üzvlərimizə müraciət edildi, artıq namizədliklərini irəli sürənlər də var. Bu mərhələ başa çatandan sonra nə qədər namizədin irəli sürüldüyü bəlli olacaq».

N.Cəfərli
N.Cəfərli

N.Cəfərlinin sözlərinə görə, həm Bakıdan, həm də regionlardan namizədliklərini irəli sürənlər olacaq: «Əslində bələdiyyə seçkiləri əsas hədəf yox, hədəflərdən biridir. Əsas hədəf isə bu seçki kampaniyasından ölkədə yerli özünüidarəetmənin nüfuzunu artıra bilmək üçün istifadə etmək, seçki məsələsini gündəmə gətirmək və ölkədə seçkili mer institutunun yaradılmasını əsas gündəm hadisəsinə çevirməkdir».

«Azərbaycanda dünyada olmayan nadir hadisə baş verdi ki,...»

N.Cəfərlinin deməsinə görə, hesabat müəllifi ölkədə seçkiyə güvənin həddən artıq zəif olduğunu, bələdiyyə seçkilərinə isə ümumiyyətlə, marağın olmadığını bildirib.

N.Cəfərli hesab edir ki, 1999-cu ildə bələdiyyələr təsis edildikdən sonra hökumətin apardığı siyasət bələdiyyələri bu vəziyyətə salıb: «Bizdə özünü idarəetmə sanki, ölü doğulmuş orqana çevrilib».

Bələdiyyələr var. Bəs fəaliyyəti?
Gözlə

No media source currently available

0:00 0:04:26 0:00

Onun sözlərinə görə, bələdiyyələrin səlahiyyəti yoxdur, onlar icra strukturlarının əlaltısına dönüb: «Azərbaycanda dünyada olmayan nadir hadisə baş verdi ki, formal da olsa, seçkili orqan olan bələdiyyələr təyinatlı olan icra hakimiyyətlərinin nəzarətinə keçdi...».

Hakim partiyanın hədəfi

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) isə bildirilib ki, bələdiyyə seçkiləri ilə əlaqədar imzatoplama kampaniyasını davam etdirirlər.

YAP-dan qeyd edildiyinə görə, seçki kampaniyasının başa çatdırılması məqsədilə hər bir rayon və şəhər təşkilatının nəzdində seçki qərargahları yaradılıb.

Verilən məlumata görə, YAP Azərbaycanda mövcud 1606 bələdiyyənin hər birini əhatə etmək niyyətindədir.

A.Hacılı
A.Hacılı

Seçkiyə qatılmayanların arqumentləri...

Müxalifətdə olan həm Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), həm də Müsavat Partiyası bu seçkilərə qatılmır. Müsavat Partiyası başqanı Arif Hacılı deyib ki, seçkilərə qatılmamalarının əsas iki səbəbi var: «Bir səbəb ondan ibarətdir ki, Azərbaycanda mövcud olan bələdiyyələr real idarəetmə funksiyasını yerinə yetirmirlər. Bundan ötrü onların nə səlahiyyətləri, nə də maliyyə imkanları var».

Onun deməsinə görə, ikinci səbəb isə odur ki, hal-hazırda mövcud olan seçki komissiyaları, seçki qanunvericiliyi və seçkiqabağı şərait seçkilərin demokratik keçirilməsinə imkan vermir.

Amma istər hakim partiyada, istərsə də Mərkəzi Seçki Komissiyasında bu fikirləri qəbul etmirlər. Onlar hesab edirlər ki, Azərbaycanda seçkilərin azad və ədalətli keçirilməsindən ötrü bütün imkanlar yaradılıb.

1606 bələdiyyəyə...

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, bələdiyyə seçkilərinə qatılmaq üçün noyabrın 5-nə kimi 23 min 768 nəfər dairə seçki komissiyalarına müraciət edib.

MSK sədrinin vurğulamasına görə, bundan 11 min 899 nəfər namizədliyini fərdi qaydada, 11 min 839 nəfər partiyalardan, 30 nəfər isə təşəbbüs qruplarından irəli sürüb.

Ölkədə fəaliyyət göstərən 1606 bələdiyyəyə 15 min 156 nəfər seçilməlidir.

Xatırlatma

Dekabrın 23-də Azərbaycanda sayca 5-ci bələdiyyə seçkiləri keçirilməlidir. Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə gerçəkləşib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG