Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:19

Z.Nağdəliyev: 'Prezidentin tapşırığı odur ki…'


Z,Nağdəliyev
Z,Nağdəliyev

«Seçici siyahıları dürüst hazırlanmalıdır. Yəni kimsə deməsin ki, adım seçici siyahısında yoxdur. Yoxdursa, dərhal əlavə edilməlidir. Prosesə məsuliyyətlə yanaşmaq lazımdır».

«Report»un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev bu gün, oktyabrın 11-də dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.Onun sözlərinə görə, prezident İlham Əliyev dünyada hər kəsi başa salır ki, ölkədə seçki şəffaf keçirilir, buna kimsə kölgə sala bilməz: «Prezidentin qarşımıza qoyduğu tapşırıq odur ki, seçkilər şəffaf keçirilsin. Bu istiqamətdə təcrübə toplamışıq. Nöqsanların aradan qaldırılması işinə xüsusi diqqət ayrılır».

Polisdən seçki komissiyasına: «Bir çağırışınız kifayətdir ki…»

«Bu gün müasir texnologiyalar dövründə demokratik və aşkar keçirilən seçkilərə xələl gətirmək istəyənlər də olmamış deyil. Kimsə cibində kamera hansısa nöqsanı tapıb şişirtmək məqsədilə təxribat xarakterli addımlar ata bilər».

«Report»un xəbərinə görə, bunu Azərbaycan daxili işlər nazirinin müavini Oruc Zalov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

O, daha sonra da əlavə edib: «Güman edirəm ki, dairə seçki komissiyalarının polislə birgə apardığı iş emosiyaya qapılmadan olmalıdır. Bəlkə də polisi məntəqəyə dəvət etmədən bu məsələləri yerində və vaxtında həll etmək lazımdır ki, polis müdaxiləsi olmasın, beynəlxalq səviyyədə də bu məsələ qaldırılmasın. Sözsüz ki, sizin qanuni tələblərinizi vaxtında yerinə yetirməyən, işinizə mane olmağa çalışanlarla bağlı tədbir görülməsi üçün bir çağırışınız kifayətdir ki, polis köməyə gəlsin».

O.Zalovun sözlərinə görə, heç kəsə imkan verilməyəcək ki, nə məntəqələrin, nə də dairələrin işinə mane olsun: «Bələdiyyə seçkiləri ən yüksək səviyyədə keçiriləcək. Daxili İşlər Nazirliyinin rəhbərliyinin tapşırığı ilə sizə bildirirəm ki, asayişin pozulmasına heç bir cəhd ola bilməz. Belə bir hal olarsa, qarşısı qətiyyətlə alınacaq».

B.Süleymanlı
B.Süleymanlı

«Seçki saxtakarlıqlarının aşkar edilməsi müdaxilə yox,...»

Seçki eksperti, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə AzadlıqRadiosuna deyib ki, bələdiyyə seçkiləri yerli xarakterli prosesdir:

«Bu prosesdə də maraqlı tərəflər var. Fərdlər, namizədlərin nümayəndələri, müşahidəçiləri var. Digər maraqlı tərəflər də var ki, seçkidə hər hansı bir pozuntu olacaqsa, bu pozuntunu aktlaşdırmağa çalışacaqlar. Seçki prosesində saxtakarlıqların aşkar edilməsi seçkiyə müdaxilə yox, orada baş verən pozuntuların ictimailəşdirilməsidir. Yəni, ictimai nəzarətin təmin edilməsidir».

Ekspertin fikrincə, əslində hökumət də bunda maraqlı olmalıdır ki, seçkilər qanunvericiliyə, yerli və beynəlxalq standartlara uyğun keçirilsin. Onun fikrincə, əgər nazir müavini bunları nəzərdə tutursa, bu, müdaxilə deyil, seçki üzərində nəzarət funksiyasının həyata keçirilməsidir.

B.Süleymanlı hesab edir ki, nəzarətə görə, seçki məntəqəsində təxribat yaradılırsa, komissiya üzvləri polisi dəvət edirsə və bunu müdaxilə kimi dəyərləndirirlərsə, bu, doğru deyil: «Əvvəlki təcrübələrdən görürük ki, belə hallar olduqda seçki komissiyalarının sədrləri polisə müraciət edirlər, həmin müşahidəçini, namizədin nümayəndəsini məntəqədən kənarlaşdırmağa çalışırlar».

«Kimlərin cibinə kamera qoyması...»

B.Süleymanlı vurğulayır ki, seçki qanunvericiliyə uyğun keçiriləcəksə, kimlərinsə cibinə kamera qoyması və ya əlində kamera ilə məntəqəyə gəlməsi başqasını narahat etməməlidir: «Odur ki, nəzarət funksiyası yerinə yetirilməsi heç kəsi narahat etməməlidir».

B.Süleymanlı vurğulayır ki, polisin vəzifəsi ictimai-asayişi qorumaqdır: «Kimsə gəlib müşahidə aparırsa, saxtakarlıqları aktlaşdırırsa, polis ona müdaxilə etməməlidir, bunun özü qanun pozuntusudur. Mənə belə gəlir ki, polis bu məsələlərdə təmkinli davranmalıdır...».

Xatırlatma

Azərbaycanda bu ilin dekabrında bələdiyyə, gələn il isə parlament seçkiləridir. Müxalifət qüvvələri isə Azərbaycanda son dönəmlər keçirilən istər bələdiyyə, istər parlament, istərsə də prezident seçkilərinin heç də şəffaf olmadığını bəyan edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG