Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Mart, çərşənbə axşamı, Bakı vaxtı 02:19

Şennax: ‘Bütün bunları prezidentlə üzbəüz danışmalıyıq’


Qaradağda nə baş verir? Əsgər anaları yolu niyə bağlamağa cəhd edir?
Gözlə

No media source currently available

0:00 0:10:01 0:00

Qaradağda nə baş verir? Əsgər anaları yolu niyə bağlamağa cəhd edir?

Bugün, yanvarın 27-də, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi Məsələlər komitəsində, Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə layihəsi müzakirəyə çıxarılıb.

Hüquq müdafiəçisi Rəsul Cəfərovun AzadlıqRadiosuna verdiyi məlumata görə, bugün AŞPA-nın Hüquqi məsələlər komitəsində müzakirə edilən Azərbaycanda siyasi məhbuslarla bağlı sənəd hələlik səsverməyə çıxarılmayıb və onun əlavə müzakirə edilməsi üçün AŞPA-nın Bürosuna təqdim olunması barədə qərar qəbul olunub.

Sənəddə deyilir ki, ölkədə siyasi məhbuslar məsələsi aktual olaraq qalır. Sənəd Azərbaycan hakimiyyətini siyasi baxışlarına görə həbs etdiyi bütün məhbusları azad etməyə çağırır.

Azərbaycanda siyasi məhbusların olması şübhə doğurmur

Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, Azərbaycanda siyasi məhbus problemi qaldığı üçün bu mövzu üzrə xüsusi məruzəçi Sunna Evarsdotterin mandatı da davam edəcək.

O bildirir ki, qətnamə layihəsində bütün əlaqədar tərəflərə siyasi məhbuslar problemini həll etmək üçün fəallığı artırmaq tövsiyə olunub:

“Ümumilikdə burada siyasi məhbus məsələsinin həlli üçün fəaliyyətin güclənməsi istənilir. Burda həm Azərbaycan tərəfdən, həm də Avropa Şurasının məruzəçiləri tərəfdən”.

Eyni məzmunda bir il əvvəl

Bu qətnamə layihəsi eyni məzmunda bir il əvvəl, yanvarın 30-da plenar iclasda qəbul olunmuş qətnamənin necə icra olunması ilə bağlıdır.

Həmin qətnamə layihəsi Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, islandiyalı deputat Torhildur Sunna Evarsdottirin hesabatı əsasında hazırlanmışdı.

Həmin qətnamədə deyilir ki, Azərbaycanda siyasi məhbusların olması şübhə doğurmur və belə məhbusların olması sistematik xarakter daşıyır.

AŞPA Azərbaycan hökumətini siyasi məhbus hesab olunan şəxslərlə bağlı cinayət işlərini yenidən, müstəqil qurumlar tərəfindən nəzərdən keçirməyə və özünün Avropa İnsan Haqları Bəyannaməsi qarşısında götürdüyü öhdəliyinə əməl etməyə çağırmışdı.

Həmin vaxt Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu qətnamə ilə razılaşmamışdı və bunu Azərbaycana qarşı qərəz adlandırmışdı.

“İndi Əliyev daha nəcib davranmalıdır”

Azərbaycanlı siyasi məhbuslar üzrə həmməruzəçi Stefan Şennax isə deyir ki, ötən bir il ərzində Azərbaycanda insan haqları və siyasi məhbus problemi həll olunmamış qalıb və bura həm siyasi fəallar, həm Gəncə məhbusları, həm də başqaları daxildir.

Şennax deyir ki, Qarabağda son müharibədən sonra hakimiyyətin, əsas da prezident İlham Əliyevin insan haqları və demokratiyaya şərait yaratmasına daha çox səbəb var:

“İlham Əliyev qələbəni qeyd etdi, indi daha səxavətli ola bilər. Çünki onun siyasi nitqi indi daha güclüdür. Çünki müharibənin arxasında o durmuşdu, o, müharibədə qalib gəldi. İndi gərək ölkənin daxilində insan haqları, söz və ifadə, mətbuat azadlığı ilə bağlı daha nəcib davransın. Hazırda bunu etmək çox vacibdir. Bütün bunları prezidentlə üzbəüz danışmalıyıq”.

Hakimiyyət rəsmiləri ölkədə siyasi məhbus olmadığını deyir.

Sülh və Demokratiya İnstitutu və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin isə bu ilin yanvarında cəlb etdiyi hesabatda Azərbaycanda 150 nəfərə qədər siyasi məhbusun olduğu deyilir.

XS
SM
MD
LG