Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 12:32

Böyükşor gölü təmizlənir


Böyükşor gölü

Bir neçə gün əvvəl “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı kimyəvi maddələrlə qarışmış suyun Böyükşor gölündə yaratdığı fəsadların aradan qaldırılmasına başlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat yayıb.

O, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və hüquq-mühafizə orqanlarının hadisənin səbəblərini araşdırdığını deyir.

İradə İbrahimova əlavə edib ki, FHN, ETSN və digər aidiyyəti qurumlar tərəfindən gölün üzərində yaranmış qatı çirkab örtüyünün təmizlənməsi işləri həyata keçirilir.

Çirkab təbəqə FHN-nin Xəzər Hövzə Xidmətinin texnika və işçi qüvvəsi tərəfindən yığılaraq Təhlükəli Tullantılar Poliqonuna daşınır.

Mətbuat katibi birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə işlərə başlandığını, göldə yaranmış çirklənmənin aradan qaldırılması işlərinin baş nazirin birinci müavini Yaqub Eyyubov tərəfindən nəzarətə götürüldüyünü bildirib.

Bakıda boya zavodunda yanğın
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

İyulun 4-də “Sobsan” boya fabrikində yanğın baş verib. Yanğından sonra yaranmış tullantıların gölə axıdıldığı bildirilir.

Yanğından iki gün sonra paytaxtda kəskin iy-qox hiss olunmağa başlayıb. ETSN araşdırmalardan sonra bu gün qoxunun gölə atılmış tullantılara görə hiss olunduğunu deyib. Bu arada ekoloqlar bu addımı məsuliyyətsizlik adlandırıb, gölün flora və faunasına mənfi təsir göstrədiyini bildiriblər.

Fabrikin rəhbərliyi isə nazirliyin dediklərini təkzib etmiş, tullantıların gölə axıdılmadığını demişdi.

Multimedia

XS
SM
MD
LG