Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 07:50

Nazir: ‘Azərbaycan ordusu regionda sülhün, sabitliyin qorunmasında mühüm rol oynayır’  


Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələri "Yarasa", "Zəfər paradı", 10 dekabr 2020, Bakı
Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələri "Yarasa", "Zəfər paradı", 10 dekabr 2020, Bakı

İyunun 26-ı Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur.

Azərbaycan Silahlı Qüvvələri Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb.

Silahlı Qüvvələr 71 il sonra - 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə yenidən yaradılıb.

Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

O, Azərbycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer aldığını, regionda sülhün, sabitliyin qorunmasında mühüm rol oynadığını bildirib.

Zakir Həsənov, arxiv foto
Zakir Həsənov, arxiv foto

Zakir Həsənov ötən ilki 44 günlük müharibə və Zəfər Paradından da danışıb: “Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi”.

Azərbaycan Silahlı Qüvvələri ötən il Şuşa şəhəri daxil olmaqla Dağlıq Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG