Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:31

İ.Əliyev: 'Azərbaycan öz istədiyinə nail oldu'


R.T.Ərdoğan və İ.Əliyev Bakıda hərbi paradda. 10 dekabr 2020
R.T.Ərdoğan və İ.Əliyev Bakıda hərbi paradda. 10 dekabr 2020

"44 gün ərzində Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi. İşğala son qoydu".

Bunu bu gün, dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilən Zəfər Paradında çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Onun daha sonra deməsinə görə, 2003-cü ildə prezident vəzifəsinə seçiləndə Konstitusiyaya və müqəddəs Qurana əl basıb and içib ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq: "Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi".

Prezidentin əlavə etməsinə görə, bu 44 gün ərzində bir gün də olmayıb ki, Azərbaycan geri çəkilsin: "Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişdik. Bu istehkamlar elə qurulmuşdu ki, Azərbaycan, əsgərimiz oradan keçə bilməsin".

Dövlət başçısı qeyd edib ki, eyni zamanda, Dağlıq Qarabağ ərazisinin coğrafi relyefi də Ermənistan tərəfi üçün daha əlverişli idi: "Böyük qəhrəmanlıq, şücaət göstərərək Azərbaycan əsgər və zabiti şərəfli missiyanı yerinə yetirdi, öz doğma torpaqlarını işğalçılardan azad etdi".

Paradda Türkiyə hərbçiləri
Paradda Türkiyə hərbçiləri

Onun deməsinə görə, atəşkəs bəyanatına qədər Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi və strateji yüksəkliklər azad edilib: "...Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir...".

Ərdoğan: "Qarabağa göz yaşından başqa heç bir şey gətirməyənlər…"

"Qarabağa qətliam və göz yaşından başqa heç bir şey gətirməyənlər artıq ağıllarını başlarına yığmalıdırlar".

Bunu isə Zəfər Paradında çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Erməni siyasətçilərin sülh və sabitliklə bağlı cəsur addımlar atmalarını təmənna edirik. Qardaşım İlham Əliyev Azərbaycan xalqının yaşadığı bu qədər ağrı-acıya baxmayaraq, təqdir ediləsi davranış nümayiş etdirir. Onun xoş niyyətli səylərini biz də dəstəkləyir, həmsöhbətləri tərəfindən dəyərləndirilməsini istəyirik. Şəhidlərimizin fədakarlıqları sayəsində Azərbaycan ərazi bütövlüyünü yenidən bərpa etdi. Azərbaycan Tərtər çayının suyuna qovuşdu. Laçın, Şuşa, Kəlbəcər artıq azaddır. Rəbbimə bizlərə bu günləri yaşatdığına görə sonsuz təşəkkür edirəm. Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəni ilə qucaqlaşıb, 30 illik həsrət sona çatıb…", - R.T.Ərdoğan bildirib.

Parad
Parad

Bakıda Zəfər Paradı

Bu gün, dekabrın 10-da Bakıda Zəfər Paradı keçirilir.

Parad Azərbaycanın və Türkiyənin milli marşlarının səslənməsi ilə başlayıb.

Paytaxtın Azadlıq Meydanında keçirilən Zəfər Paradını Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, bu iki ölkənin dövlət və hökumət üzvləri izləyir.

Meydanın ətraf küçə və prospektlərinə də minlərlə sadə insanlar toplaşıb.

Müdafiə Nazirliyi bundan öncə açıqladığı məlumatda bildirirdi ki, hərbi paradda 3 min nəfərdən artıq şəxsi heyət iştirak edəcək. 150-dək hərbi texnika, raket, artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlərin nümayiş etdirilməsinin nəzərdə tutulduğu deyilirdi.

Paradın 44 gün davam edən savaşın zəfərlə başa çatmasına həsr edildiyi bildirilib.

Orduyla bağlı kütləvi tədbirlər koronavirusu artırır?
Gözlə

No media source currently available

0:00 0:03:59 0:00

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Xatırlatma

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG