Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:31

İndi də Ermənistana Azərbaycan duzu keçirmək istəyirmişlər


Ermənistan-Gürcüstan sərhədində Ermənistana Azərbaycan malları keçirmək cəhdinin qarşısı alınıb.

Bu barədə Azadlıq Radiosunun Ermənistan xidməti iyunun 20-də Ermənistan dövlət gəlirləri komitəsinə istinadla xəbər verir.

Məlumata görə, Bavre gömrük məntəqəsinin əməkdaşları Gürcüstandan gələn avtomobildə yarım tondan artıq yemək duzu və Azərbaycan çayı aşkar ediblər.

Sərnişinlərin sözlərinə görə, onlar bunların Azərbaycan məhsulları olmasından xəbərsizmişlər və bilən kimi Ermənistana aparmaqdan imtina ediblər.

Xatırladaq ki, bundan əvvəl də- bu ilin aprelində Yerevan və ölkənin digər bölgələrindəki bazarlarda Azərbaycan alması aşkar edilmişdi.

Buna da bax: "Azərbaycan alması satmaqda günahlandırılan 4 erməniyə cinayət işi açılıb"

İstintaq zamanı bəlli olub ki, 2 Yerevan sakini Tavuş vilayətinin Baqrataşen icmasından olan iki sakinlə birlikdə, ərazidəki gömrük məntəqəsindən vergi ödəmədən ölkəyə Azərbaycan alması da daxil olmaqla kənd təsərrüfatı məhsulları keçirirmişlər.

Bu işlə bağlı gömrük əməkdaşları da daxil olmaqla 8 nəfərə qarşı rəsmi ittiham irəli sürülüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG