Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:36

'Azərsu' ASC-nin yeni binası daha 75 milyon bahalaşdı


«Azərsu» ASC-nin yeni inzibati binası tikilir.
«Azərsu» ASC-nin yeni inzibati binası tikilir.

«Azərsu» ASC-nin 2013-2015-ci illərdə Heydər Əliyev prospektində inşa olunmuş yeni inzibati binasının tamamlanmasına dövlət büdcəsindən daha 75 milyon manat (44,1 milyon ABŞ dolları) xərclənəcək.

«Azərsu» ASC sentyabrın 5-də bu məqsədlə Azərbaycanın «Alke İnşaat Sənaye və Ticarət» səhmdar cəmiyyəti ilə müqavilə bağlayıb.

Bu ilin aprelində elan olunmuş tenderdə podratçıdan elektro-mexaniki, interyer və abadlıq işlərinin icrası, eləcə də bu məqsədlə mal-material və avadanlıqların təchizatı və quraşdırılmasının tələb olunduğu bildirilir.

Buna da bax:​ 'Azərsu' da vergi amnistiyasından yararlanacaq

Binanın tikintisi 2015-ci ildə başa çatsa da istifadəyə verilməyib. Yerli media tikintiyə 120 milyon ABŞ dolları ayrıldığını yazır.

«Azərsu» ASC-nin yeni inzibati binasını Koreyanın «Heerim» şirkəti layihələndirib. Tikinti işlərini isə bu ölkənin «Halla Engineering and Construction» şirkəti icra edib. Ölkənin bu təchizatçısı layihənin nədən bahalaşması məsələsinə aydınlıq gətirmir.

Yeni bina 20 mərtəbədən və 2 mərtəbəli zirzəmidən ibarətdir. Onun hündürlüyü 124 metrdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG