Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 08:13

İşığı kəsməyə gəldilər, maşınları yandı...


Arxiv fotosu

Lənkəran rayonunun Liman şəhərində “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının borclu vətəndaşın mənzilinin elektrik xəttini kəsməsi insidentə səbəb olub. Nəticədə “Azərişıq” ASC-yə məxsus “Qazel” markalı avtomobili yandırmağa cəhd edildiyi bildirilir.

Baş verənləri Liman şəhərinin icra nümayəndəliyindən Bəxtiyar Səfərov da təsdiq edib.

Buna da bax:​ 'Adı var ki, yeni tikilidə yaşayırıq, əslində isə zülm çəkirik' - Sakin

Onun bildirdiyinə görə, Liman qəsəbəsi sakini Sərdar Məmmədovun elektrikə görə 281 manat borcu olub. S.Məmmədov veteran ailəsidir, onun atası İkinci Dünya Müharibəsi veteranıdır. “Azərişıq” ASC-nin nümayəndələri onlardan borcu ödəmələrini bir neçə dəfə tələb ediblər. Ancaq borc ödənilmədiyi söylənir.

Verilən məlumata görə, bu gün, avqustun 22-də “Azərişıq” ASC-nin əməkdaşları S.Məmmədovun mənzilinə elektrik verilməsini dayandırıblar. Elektrik naqilləri kəsilərkən “Azərişıq” ASC-nin əməkdaşları ilə S.Məmmədov və sakinlər arasında insident yaranıb.

Buna da bax: Təqaüdçü müəllim: İşığımı kəsənlər elə öz şagirdlərimdir'

İnsident zamanı “Azərişıq” ASC-yə məxsus avtomobilin sakinlərin müdaxiləsi ilə alışdığı iddia edilir. Ancaq alovun qarşısını qısa zamanda elə sakinlərin aldığı deyilir. Maşınına ciddi xəsarət yetirilmədiyi, hazırda işlədiyi bildirilir.

S.Məmmədovun avtomobilin alışmasına görə, polisə çağırıldığı, ifadəsinin alındığı da söylənir.

Hələlik, polisin baş verənlərlə bağlı hansi tədbir gördüyü bəlli deyil.

Məsələyə, hələlik, Lənkəran Rayon Polis İdarəsindən də münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG