Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 06:51

'Adı var ki, yeni tikilidə yaşayırıq, əslində isə zülm çəkirik' - Sakin


AAAF Park

«Şəhərin 5-10 metrliyində salınan yaşayış kompleksində orta əsrlər şərtləri altında yaşayırıq. Gündə bir neçə dəfə binaların işıqları söndürülür, bütün evlərdə şam, yaxud «nöyüt» lampası istifadə olunur. Qaz yoxdur deyə, elektrik işlədirik, işıq sönəndə məcbur qalıb hərə eyvana bir qaz balonu çıxarır. İnsanlar məcburiyyətdən həyatlarını təhlükəyə atır».

Bunu AzadlıqRadiosuna Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində bir neçə ildir ki, inşa olunan «AAAF Park 2» yaşayış kompleksinin sakini Orxan Hüseynli deyir. 5 ildən çoxdur ki, 12-mərtəbəli binalarda əziyyətli həyat sürdüklərini deyən Hüseynli səbəbdən də danışır:

«ÖZ ARALARINDA ANLAŞA BİLMİRLƏR»

«Səbəb odur ki, Fövqəladə Hallar Nazirliyi binaların Texniki Tapşırığını qəbul etmir. Buna görə «Azərişıq» da, «Azəriqaz» da binalara xidmətdən imtina edir. Gedirik şirkətə, başlayırlar «Azərişıq»ın arxasınca söyməyə... Halbuki, binanı əvvəl FHN qəbul etməlidir. Bir sözlə, dövlət qurumları ilə şirkət öz aralarında anlaşmır deyə, əziyyət sakinlərin üzərinə düşür. 5-6 binadır, hamısı da 12-mərtəbəli... Azı 300 ailə yaşayır. Bu 300 ailənin hərəsinin 4-5 üzvü var. Beləcə, əziyyət çəkənlərin sayı minlərlə hesablanır. Əsasən də, qoca, əlil, körpə uşaqlar olan mənzillərdə vəziyyət dözülməzdir».

Yaşayış kompleksinin başqa sakini Araz Kazımov deyir, son vaxtlar şirkətə müraciətləri də cavabsız qalır:

«Bir az da bərkini tutanda deyirlər, «gedin, hara deyirsiz deyin». Əlimizdə müqavilələrimiz var, şirkətin öhdəlikləri var, biz bura köçən gündən işıq, qaz təminatı, kommunal xidmətlər göstərilməlidir. Şəxsən mən 3 ildir burda yaşayıram, anam iflicdir, kiçik övladım burda pnevmoniya xəstəliyi tapıb, qışda durum daha acınacaqlı olur. Qaz yox, işıq yox, yığışırıq kiçik mətbəxə, qaz balonunu alışdırıb, şam yandırıb otururuq. Adı var ki, yeni tikilidə yaşayırıq, əslində isə, zülm çəkirik».

MƏNZİLLƏRİ NİYƏ SATIRLAR?

5 hektar ərazidə inşa olunmuş «AAAF Park 2» yaşayış kompleksi AAAF MMC-nin layihəsidir. Sosial şəbəkələrdə və alqı-satqı saytlarında «AAAF Park 2» yaşayış kompleksindəki mənzillərin satışa çıxarılması ilə bağlı çoxlu elana rast gəlinir. AzadlıqRadiosunun müxbiri həmin elanların iziylə bir neçə mənzil sahibi ilə əlaqə saxlayıb. Onlar mənzillərini əsasən işıq və qaz probleminə görə satmaq fikrinə düşdüklərini bildiriblər.

AAAF MMC-dən isə «Qaynar xətt»ə bildirilib ki, işıq və qaz probleminin köklü həlli dövlət qurumlarından asılıdır:

«Sakinlərin rahatlığından ötrü əlimizdən gələni edirik, bütün problemlər çözüləcək».

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG