Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:01

Deputat: 'Azərbaycanda olan problemi iqtidar da çox gözəl bilir'


Əfqan Muxtarlı məhkəməyə gətirilir. 16 iyun 2017
Əfqan Muxtarlı məhkəməyə gətirilir. 16 iyun 2017

“Azərbaycanda insan haqları sahəsində problem yoxdur. Azərbaycanda demokratik dövlətin daha da möhkəmləndirilməsi, Azərbaycanın sivil dövlət olması istiqamətində atılan addımların hamısı müsbətdir”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Avropa Birliyi komissarı Jonannes Hahn-ın Bakıda səsləndirdiyi açıqlamalara münasibət bildirərkən belə deyir.

AzadlıqRadiosu onunla söhbəti təqdim edir.

Buna da bax:​ Avropa Parlamenti Əfqan Muxtarlı ilə bağlı qətnamə qəbul etdi

Azerbaijan. Baku. Rovshan Rzayev - Azerbaijan deputy
Azerbaijan. Baku. Rovshan Rzayev - Azerbaijan deputy

– Rövşən bəy, Avropa Parlamentinin Əfqan Muxtarlı və Azərbaycan mediası ilə bağlı qətnaməsini siz necə dəyərləndirirsiniz? Rəsmi Bakı buna hansısa formada cavab verəcəkmi və ya verməlidirmi?

– Rəsmi Bakının nə cür reaksiya verəcəyini bilmirəm. Amma mən öz narazılığımı bildirirəm. Mən yenə də qərəzli yanaşma hiss edirəm. Təbii ki, problemi axıra qədər öyrənmədən bu cür ciddi qərarların qəbulu birmənalı olaraq xoşagələn deyil. Ancaq təəssüf ki, yenə də erməni lobbisi bu cür qərarların qəbul edilməsinə nail ola bilir. Düşünürəm ki, bu hal öz həllini tapacaq, münasibətlər bərpa olunacaq və hər bir şey qarşı tərəflə danışılacaq.

Buna da bax: Z.Əsgərov: 'Qətnamə heç bir əhəmiyyət kəsb etmir'

Rövşən Rzayev: "Rəsmi Bakının nə cür reaksiya verəcəyini bilmirəm. Amma mən öz narazılığımı bildirirəm"
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00
Direct-ə keçid

– Bu qətnamədən sonra Bakı ilə Avropa Parlamentinin münasibətlərində bir neçə il öncə olduğu kimi soyuqluq yaranacağını istisna edirsiniz?

– Düşünürəm ki, belə bir hal baş verməyəcək.

– Qətnamədə Əfqan Muxtarlıya qarşı ittihamların ləğvi, eləcə də bloqqer Mehman Qələndərovun həbsxanadakı müəmmalı ölümünün araşdırılması istənilir. Azərbaycan hakimiyyəti bu tələbləri gözdən keçirə bilərmi?

– Azərbaycanda hüquq-mühafizə orqanları qanun pozuntularına qarşı ciddi yanaşma sərgiləyə bilirlər. Qanunlara müvafiq qərar qəbul edirlər, hər bir belə xoşagəlməz hallara istintaq həmişə qiymətini verib. Düşünürəm bu dəfə də belə olacaq.

Buna da bax:​ Johannes Hahn: 'Azərbaycan vətəndaş cəmiyyətini əmin edirəm ki...'

– Əfqan Muxtarlının həbsinə təkcə Avropa Parlamenti deyil, Avropa Birliyinin Azərbaycanda səfərdə olan komissarı da münasibət bildirib. O bu barədə danışarkən “Qaçırılma və qanunsuz saxlanma cinayətdir və bu məsələdə məsuliyyəti olanların tam aydınlığa çıxarılmasını gözləyirik” söyləyib. Görünən budur ki, Muxtarlı ilə bağlı oxşar tələblər artmaqdadır.

– İstintaq orqanları baş verənlərə daha dəqiq qiymət verəcəklər. Baş verənlərin hamısını öyrənib sonra qiymət vermək lazımdır. Amma Avropa siyasətçiləri öz qiymətlərində tam azaddırlar. Bu qiymətləndirmə də onların şəxsi yanaşmasından irəli gəlir.

– İyunun 16-da prezident İlham Əliyev Johannes Hahn ilə görüşdə deyib ki, ikitərəfli münasibətlərin genişləndirilməsi yönündə Azərbaycan səyləri artırmağa hazırdır. Söhbət hansı səylərdən gedir? Bura insan haqları, demokratik islahatlar da daxildirmi?

– Bilirəm ki, Azərbaycan bütün dünya ölkələriylə uğurlu və qarşılıqlı inam, etibar və qarşılıqlı maraqlar çərçivəsində etibarlı tərəfdaş kimi özünü tanıtdırıb. Bu istiqamətdə də siyasət davam etdirilir.

Buna da bax: Deputat Elman Nəsirovun dindirilməsi istənilir

– AB komissarı Hahn Bakıda görüşlərə başlayıb və deyib ki, vətəndaş cəmiyyəti fəallarıyla görüşdə onları əmin etməyə çalışacaq: “ikitərəfli danışıqlarda demokratiya, insan haqları, fundamental azadlıqlar yenə də öndədir”. Burdan belə təəssürat yaranır, vətəndaş cəmiyyəti fəallarında şübhə var ki, yenə qarşılıqlı maraqlar naminə insan haqları və digər məsələlər arxa plana keçə bilər.

– Azərbaycanda bu sahədə problem yoxdur, insan haqları, demokratik dövlətin daha da möhkəmləndirilməsi, Azərbaycanın sivil dövlət olması istiqamətində atdığı addımların hamısı müsbətdir. Azərbaycanın bir problemi var ki, əraziləri işğal altındadır. Azərbaycanda bir milyon insanın haqlarının pozulmasına qiymət verilməsini gözləyirəm.

– Siz bir milyon insanın haqlarını önə çəkirsiniz, bu normaldır. Amma həmin bir milyon da daxil olmaqla ölkəboyu vətəndaşların təməl haqlarının, ifadə, seçki, toplaşmaq və sair kimi haqlarının pozulduğu deyilir. Beynəlxalq hesabatlara görə, əhalisinin sayına görə Azərbaycan ən çox siyasi məhbus olan ölkədir, müstəqil düşüncə sahibləri sıxışdırılır.

– Ola bilər. Hərənin öz fikri, öz yanaşması ola bilər. Azərbaycanda olanlara hərə bir çərçivədən baxa bilər. Amma Azərbaycanda bir milyon insanın haqlarının pozulmasına, ərazilərinin 20 faizinin işğal altında olmasına Avropa siyasətçiləri özləri qiymət verməli, sonra Azərbaycanın daxili işlərinə qarışmalıdırlar.

Buna da bax:​ Daşqın Ağalarlı: 'Bu boyda iki hadisəni heç vaxt üst-üstə törətməzlər'

– Sizcə, Azərbaycan başlıca problemlərdən yayınmaqdan ötrü bu qaçqın-köçkün məsələsiylə spekulyasiya etmirmi?

– Qətiyyən. Çox yanlış mövqedir. Azərbaycan 26 ildir ki, işğalçı ordunun ərazilərindən çıxmasını istəyir, BMT qətnamələrinin icrası üçün mexanizm hazırlanmasını istəyir. Azərbaycan sülh istəyir. Amma işğalçıya müsbət yanaşmanı görürük. Azərbaycana isə ikili standartla yanaşmanın və qarayaxma kampaniyalarının şahidiyik. Azərbaycanda olan problemi onun iqtidarı da çox gözəl bilir, onları aradan qaldırmaq üçün bütün işlər görülür. Azərbaycanın imkanları kifayət edəcək ki, biz bu problemləri həll edək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG