Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:21

Vaşinqton Azərbaycanda saytların bloklanmasından narahatdır


Roger Wicker
Roger Wicker

ABŞ-ın Helsinki Komissiyasının rəhbəri Roger Wicker Azərbaycanda bir neçə müstəqil saytın bloklanmasından narahatlığını bildirib.

«Turan» İnformasiya Agentliyinin xəbərinə görə, məhkəmənin bu yaxınlardakı qərarını şərh edərkən senator deyib:

«Bu, ciddi narahatlıq doğurur və biz bu barədə ən yüksək səviyyədə hakimiyyətlə söhbət edəcəyik».

Agentliyinin xəbərinə görə, oxşar narahatlığı Dövlət Departamentinin yüksəkvəzifəli nümayəndələrindən biri də bildirib.

«Biz dost hesab etdiyimiz ölkələrdə mətbuat azadlığının vəziyyətinin daim pisləşməsindən narahatıq. Biz araşdırma jurnalistikasının və azad medianın rolunu, önəmini yaxşı baş düşürük», - deyə agentliyə adının çəkilməsini istəməyən nümayəndə vurğulayıb.

"Hansı yazıda hansı qanun pozulub?" sualı açıq qalır
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Mayın 12-si Səbail rayon Məhkəməsinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən bir neçə müstəqil sayt bloklanıb.

Söhbət AzadlıqRadiosunun azadliq.org, «Azadlıq» qəzetinin azadliq.info, MeydanTV-nin, TuranTV-nin və «Azərbaycan saatı» televiziya proqramının saytlarından gedir.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirliyin iddia tələbi qismən təmin olunub. İddia ərizəsində adları çəkilənlərlə yanaşı, bu informasiya resurslarına girişi mümkün edən başqa saytların da bloklanması istənilirdi.

Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG