Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:13

Rəsmi statistikaya görə, Azərbaycanda adambaşına düşən kartof istehsalı Ermənistandan 2 dəfə aşağıdır


Kartof
Kartof

Azərbaycanda pomidor, kartof baş nazirin müavini Əli Əhmədovun dediyi kimi bahadırmı?

Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmli deyir ki, bazar güzgüdür, reallığı əks etdirir, Əli Əhmədov gərək bazarda bahalıq yaradan səbəblərlə tanış olsun.

Məsələ burasındadır ki, Azərbaycan kənd təsərrüfatı ilə bağlı çoxillik təcrübəsinə baxmayaraq, MDB ölkələri arasında istehsala görə, heç də irəlidə deyil, hətta, qonşu Ermənistandan geridədir.

Kartof istehsalı: rəsmi statistika

Dövlət statistika Komitəsi-nin məlumatına görə, 2017-ci ildə Azərbaycanda adambaşına düşən kartof istehsalı 94 kq, Ermənistanda bundan iki dəfəyə qədər çox-184 kq, Qazaxıstanda 197 kq, Moldovada 56 kq olub. Tərəvəz istehsalına görə də Azərbaycan bir çox ölkələrdən geri qalır.

2017-ci ildə Azərbaycanda adambaşına düşən tərəvəz istehsalı 144 kq, Ermənistanda iki dəfəyə qədər çox 289 kq, Qazaxıstanda 210 kq, Moldovada 87 kq olub.

Fermer baş nazirin müavinindən motor istəyir

Əli Əhmədov, 22 avqust 2019
Əli Əhmədov, 22 avqust 2019

Azərbaycanda bu məhsulların istehsalçılarının hansı problemləri var?

İmişlinin Bəcirəvan kənd sakini Kəmaləddin Cəfərov 45 ildir ki, pomidor əkir. Deyir ki, məhsul getdikcə azalır, qiymətlər də ona görə artır. Fermerin sözlərinə görə, birinci problem sudur- belə ki, Araz çayının suyu azalır, sahələrə su çatdırmırlar:

"Arazın suyu quruyur, motor qalır quruda, su çəkib vura bilmirik. Arxlarda isə heç su olmur. Heydər Əliyev Fondu bizə su motor verməli idi, vermədi. Əli Əhmədova da ərizə yazmışıq, bizi ikinci motorla təmin etsələr, yaxşı olardı".

Baş nazirin müavini satıcıya: 'Yayda 2 manata kartof olmaz'
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00

Fermer deyir ki, su olanda 40 sot sahədən 5 ton pomidor yığırdısa, indi çatmır deyə, 2 ton yığır, onun sözlərinə görə, yanacaq, daşıma və s. xərcləri üst-üstə gələndə bir manat qiymət pomidor üçün hətta ucuzdur.

Bakı bazarlarında vaxtaşırı kənd təsərrüfatı yarmarkaları təşkil olunur. Elə baş nazirin müavini Əli Əhmədov da həmin yarmarkaları nümunə göstərir, deyir ki, burda qiymətlər daha ucuzdur.

Zəncirvari bahalaşmanın səbəbləri

Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmli isə bildirir ki, bu yarmarkalarda bir qayda olaraq daha aşağı keyfiyyətli məhsullar daha aşağı qiymətə satılır.

İmişli bazarında çalışan satıcılar isə deyirlər ki, məhsulları baha satmaları bir neçə səbəbdəndir:

"Kəndçiyə maneələr var. Beyləqanın bazarında məndən 35 manat pul istədilər, dedilər ki, bura mənim dədəmin bazarıdır. Ya bunu verməlisən, ya da bazardan çıxmalısan. Bu şeylərə görə mal da baha olur. Biz malı “Meyvəli”dən alırıq, onun da “optovoy” qiyməti var. Onun da üstünə iki qəpik yol xərci gəlir, bir az da bazarda xərcimiz çıxır, 3 qəpik də biz qoyuruq üstünə. Kartofun topdansatış qiymətindən 3 qəpik artıq pul qoya bilmirik".

Vahid Məhərrəmli
Vahid Məhərrəmli

Vahid Məhərrəmli isə bildirir ki, kənd təsərrüfatı mallarının satışı inhisardadır. Belə ki, bazarlarda yerlərə nüfuzlu satıcılar nəzarət edir. Bundan başqa, ən əsası budur ki, Bakı bazarlarının 90 faizdən artıq hissəsini bir tədarükçü şirkət təmin edir, bu isə qiymətdə manipulyasiyaya yol aça bilər:

"Onlar müəyyən bir mərhələdə məhsulu ucuz alırlar. Bir müddət saxlayıb, daha sonra baha qiymətə satırlar. Havalar dəyişəndə, yağış yağanda, məhsul yığımı üçün imkan olmayanda, bazara daha baha qiymətə təklif edirlər. Bax bu manipulyasiyaya imkan verilməməlidir. Azərbaycanda heç olmasa, 4-5 topdansatış bazası olmalıdır ki, istehsalçılar da gətirib həmin bazada onlara sərf edən qiymətə təklif etsin".

Azərbaycan hökuməti kənd təsərrüfatının inkişafını prioritet sahə elan edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG