Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 00:16

Son vaxtlar Azərbaycanda İnternet niyə zəifləyib? [video]


Azərbaycanda internet tam kəsilə bilərmi?
Gözlə

No media source currently available

0:00 0:15:01 0:00

Azərbaycanda İnternet tam kəsilə bilərmi? [A-Live]

Son vaxtlar şikayətlər gəlir ki, İnternetin sürəti düşüb. Şikayət müxtəlif provayderlərdən gəlir. Günün müxtəlif saatlarında İnternet zəifləyir, bəzən isə tamam kəsilir, modemi yandırıb-söndürməsən bərpa olunmur.

Bakıda keçirdiyimiz sorğunu izləyək:

Sizdə internetin sürəti necədir?
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

Ölkənin əsas İnternet təchizatçısı “Delta Telekom”dur. Xaricdən İnternet şəbəkəsinə çıxışı alıb, yerli provayderlərə satır. Şirkətdən “Lent.az”a deyiblər ki, İnternetin sürətində problem yoxdur, hər şey əvvəlki qaydadır.

Amma “Delta Telekom”dan həmin sayta onu da bildiriblər ki, gələcəkdə İnternetə bağlanış sürətinin azalması və ya kəsilməsi mümkündür. Çünki, yerli provayderlərin onlara borclar var. Bu borcları ala bilməyən "Delta"nın beynəlxalq operatorlar qarşısında problemləri yaranıb və bu da ilk növbədə ya ölkəyə daxil olan İnternet trafikdə, ya da provayderlərə verilən İnternet sürətində özünü göstərir.

Buna da bax:​ 'Azercell' abunəçini necə aldadır: 4G deyib 3G belə vermir

“Delta”ya biz də AzadlıqRadiosu olaraq sözü gedən borclar barədə bir qədər ətraflı məlumat verilməsi və şirkətin hansı beynəlxalq öhdəliklərinin olması barədə sorğu göndərdik, şirkətdən bu cavabı aldıq:

Kommersiya sirri ilə əlaqədar olaraq maliyyə ilə bağlı olan sualların cavablandırılması məqsədəuyğun sayılmır. "Delta Telekom" tərəfindən İnternetin kəsilməsi və ya zəiflədilməsi gündəmdə deyil.

Mütəxəssislər isə deyir ki, İnternetin 80 faizi ölkəyə "Delta Telekom" şirkəti vasitəsilə daxil olur.

Media üzrə hüquqşünas Xalid Ağalıyev deyir ki, bu, milli təhlükəsizlik üçün problemdir:

Buna da bax:​ 'Azərbaycanda internet qiymətləri Avropadakından dəfələrlə bahadır'

Xalid Ağaliyev
Xalid Ağaliyev

“Siz xatırlayırsınızsa, bir müddət əvvəl Delta Telekom-da yanğın hadisəsi baş vermişdi. O zaman Azərbaycanda İnternet təchizatı ilə bağlı çox ciddi problemlər yaranmışdı. Bu da onu göstərir ki, bazarın bir və ya bir neçə təchizatçının əlində olması, ölkəni qısa müddətdə İnternetsiz qoya bilər. İnternetin olmaması isə çox ciddi problemlərə yol aça bilər. Bütün bu problemlər inhisarçılıq - bir və ya bir neçə şirkətin əlində olması ilə bağlıdır. Bazarda çox iştirakçının olması ölkəni problemlərdən də sığortalamış olur”.

Hüquqşünas deyir ki, İqtisadiyyat Nazirliyinin Antiintihisar siyasəti bu şirkətin bazardakı artıq payını nəzərə alaraq tədbir görməlidir, bazarda iştirakçıların sayının artmasının qayğısına qalmalıdır. Biz gün ərzində Antiinhisar siyasəti departamenti ilə əlaqə saxlamağa çalışsaq da telefon zənglərimizə cavab verən olmadı.

Buna da bax:​ 'Rouminqsiz Avropa'ya baxanda Azərbaycandakı tariflər

Media üzrə hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, yalnız təchizatçı şirkəti yox, beynəlxalq mənbələri də müxtəlifləşdirməkdə fayda var. O, son Gürcüstan Rusiya müharibəsini yada salır:

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

“Bilirsiz ki, İnternet ölkənin dünyaya qapısıdır. 2008-ci ilin avqustun 8-də Rusiyanın Gürcüstana hücumu zamanı biz bunun bariz nümunəsini gördük. Rusiya Gürcüstanın İnternetə çıxışını kəsdi və qısa müddətə Gürcüstanı İnternetlə Azərbaycan təmin etdi”.

Buna da bax:​ 5G-nin sınaqları başlanıb

"Sahil IT" şirkətinin direktoru Vahid Qasımov deyir ki, sürətin zəif olmasının bir səbəbi İslam Oyunları ilə bağlı trafikin yüklənməsi ola bilər.

Ələsgər Məmmədli deyir ki, İnternet təchizatının qalan 20 faizi Azeritelekom və Azərbaycanın peyklərinin payına düşür və kabellərlə təchizat kəsilərsə, peyk vasitəsilə qismən də olsa, təchizata nail olmaq mümkündür. Amma peyklər tələbatı tam ödəmək gücündə deyil.

Delta Telekom”un saytında bildirilir ki, ölkə Rusiya, Türkiyə üzərindən alternativ operatorlarla, hətta Okeaniya üzərindən Avropa magistralına bağlanır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG