Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Noyabr, çərşənbə, Bakı vaxtı 00:50

'Rouminqsiz Avropa'ya baxanda Azərbaycandakı tariflər


Bakcell-in rouminq tarifləri.

Rouminqsiz Avropa. İyunun 15-dən Avropa Birliyinə daxil bütün ölkələrdə rouminq qiymətləri ləğv olunur.

Başqa sözlə Avropanın bir ölkəsindən digərinə səfər edən heç kəsi artıq geri qayıdanda rouminqdən istifadəyə görə ödəyəcəyi məbləğ məyus etməyəcək. Elə öz ölkəsində mobil operatora hansı tarifi ödəyirsə, səyahət zamanı da həmin tarif keçərli olacaq.

Avropalılar üçün sevindirici xəbər bununla da bitmir. Hələ üstəlik hansı Avropa ölkəsində yaşamağından asılı olmayaraq, sənə sərf edən, cibinə uyğun olan operatoru seçə bilərsən. Məsələn, İrlandiyada mobil əlaqə Latviyadakından təxminən 6 dəfə bahadır. Və artıq sən İrlandiyada yaşaya-yaşaya Latviyanın mobil operatorundan yararla bilərsən, əlavə heç bir ödəniş etmədən.

Buna da bax:​ Hökumət mobil nömrələrə nəzarəti gücləndirir

ALMANİYADAN TÜRKİYƏYƏ 40 QƏPİK, AZƏRBAYCANA 1 MANATDAN BAHA

Bəs Azərbaycan mobil operator istifadəçisi ayağını Avropaya, yaxud qeyri-Avropa ölkəsinə qoyarsa necə? Rouminq xidmətindən istifadədən məmnun qalar, yoxsa?..

Məsələn, bir azərbaycanlının Almaniyaya səfərini götürək. “Azercell” istifadəçisidirsə, Almaniyada olarkən Azərbaycana edəcəyi zəngin hər dəqiqəsinə görə 1 manat 50 qəpik, “Bakcell”in cin istifadəçisi 2 manat 99 qəpik, “Azerfon”un Nar istifadəçisi isə 1 manat 15 qəpik ödəməli olacaq. Qiymətlər operatorlara, kampaniyalara görə dəyişir.

Buna da bax:​ Mobil telefon operatorları tənbəlləşib

Azercell-in tarifi.
Azercell-in tarifi.

Bakcell-in tarifi.
Bakcell-in tarifi.

Narmobil-ın tarifi.
Narmobil-ın tarifi.

Müqayisə üçün, “Türkcell” istifadəçisi Almaniyaya gedərsə rouminqin 1 dəqiqəsi ona 40 qəpiyə başa gələr.

ERMƏNİSTAN 1-Cİ, AZƏRBAYCAN 5-Cİ

Müqayisəni bir də “ChatSim” timsalında edək. “ChatSim” ondan yararlananlara səfərdə ikən rouminqdən, ödənişsiz “Wi-Fi” axtarışlarından can qurtarmağın yollarını təklif edir. Dünyada ilk Sim kartdır ki, sənə ildə 12 avro ödəməklə dünyanın 160 ölkəsində istənilən həcmdə mətn mesajları ilə mübadilə etmək imkanı yaradır. Dəstəklənən messencerlər arasında “QQ”, “WhatsApp”, “Facebook Messenger”, “WeChat”, “Skype”, “Viber”, “LINE”, “KakaoTalk”, “Telegram”, “Snapchat”, “Twitter”, “Hangouts”, “iMessage” və başqaları var.

Buna da bax:​ Facebook saxta xəbərlərlə mübarizəyə başlayıb

Siyahıda olan 160 ölkə arasında Azərbaycanın da adı var, amma...

Ölkələr tariflərin ucuzluğundan bahalığına doğru zonalara ayrılır. Tarifi formalaşdıransa həm də ChatSim-i dəstəkləyən yerli operatorların tarifləridir.

ChatSim-Azərbaycan. Multimedia credit packs.
ChatSim-Azərbaycan. Multimedia credit packs.

6 zona var. Və əgər qonşu Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya da daxil 118 ölkə 1-ci zonaya daxildirsə, Azərbaycanın adını 5-cı zonada taparsan, həm də Andorra, Bermud ilə yanaşı. Başqa sözlə, 1-ci zonaya daxil ölkələrdə internetin 1 mb-ı 50 kontura bərabərdirsə, Azərbaycan üçün 300 kontura bərabərdir.

ChatSim. Multimedia credit packs.
ChatSim. Multimedia credit packs.

“GÜNAHKAR HƏM DƏ ARALIQ QURUMLARDIR”

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyir ki, yerli mobil operatorların tariflərini formalaşdıran bir sıra amillər var. Əgər söhbət rouminq tariflərindən gedirsə, burada operatorun özü, qarşı tərəfin operatoru (xaricdə ikən həmin operator vasitəsilə yerli operatora bağlanırsan) ilə yanaşı bir də aralıq infrastruktur rol oynayır:

“Əgər danışıq rouminq tariflərindən söhbət gedirsə, burada aralıq infrastruktur Azərbaycanın dövlət telekommunikasiya operatoru “Aztelekom”dur. Yəni Azərbaycanda beynəlxalq trafik hələlik bu qurumun nəzarətindədir. İnterneti isə yerli mobil operatorlar iki özəl şirkətdən alırlar – “Delta Telecom” və “Azertelekom”. Yəni tariflərə təsir edən həm də bu aralıq provayderlərin xidmətlərinin baha olmasıdır”.

Buna da bax:​ 'Azərbaycanda internet qiymətləri Avropadakından dəfələrlə bahadır'

Osman Gündüz də hesab edir ki, mobil operatorların tariflərinin ciddi olaraq liberallaşdırılmasına ehtiyac var və Nəqliyyat, Rabitə, İnformasiya və Yüksək Texnologiyalar Nazirliyi bu məsələyə ciddi diqqət yetirməlidir.

Gün ərzində nazirliklə telefon əlaqəsi yaratmağa çalışsaq da mətbuat xidməti zənglərimizə cavab vermədi.

Amma 2016-cı ilin dekabrında prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə də telekommunikasiya operatorlarının tariflərinin yüksək olması bu sahənin zəif tərəflərindən biri kimi təqdim olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG