Keçid linkləri

Təcili xəbərlər
2019, 08 Dekabr, bazar, Bakı vaxtı 02:27

Bəzi yerlərdə 41 dərcə isti gözlənir


arxiv foto

İyulun 22-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi, günün ikinci yarısında onun arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 21-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti proqnozlşadırılır.

İyulun 22-də Azərbaycanın rayonlarında da havanin əsasən yağmursuz keçəcəyi, axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı və dolu düşəcəyi ehtimalı var. Gecə 21-26, gündüz 34-39, bəzi yerlərdə 41, dağlarda gecə 15-20, gündüz 24-29 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG