Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:52

'Xocalının son toyu'


Azərbaycanda toy, 24 may 2016

26 fevralda Azərbaycan mediasının əsas mövzusu Xocalı faciəsi, birinci-vitse prezidentlik postu və fevralın 25-də cəbhəboyu davam edən və itkiylə nəticələnmiş döyüşlərdir.

Sosial şəbəkələrdə 25 il öncə Xocalıda keçirilən son toy şənliyinin fotosu yayılıb. Modern.az saytı xəbər verir ki, “İsayevin səhifəsi” adlı hesabda verilən foto ilə bağlı belə bir izah verilib: "Bu, kəndimizdə son toy oldu. Gəlinin sağında dayanan şərfli oğlan və iki qardaşı əsir düşdü. Bəyin sağdişi də əsir götürüldü. Sonra da o yaraşıqli oğlanları vəhşicəsinə, əzab verərək öldürmüşdülər. Əlində boşqab, üzünü arxaya çevirən xalam qızı Çiçəkdir. Faciə gecəsi öldürüldü. 7 gün sonra cəsədini gətirmək mümkün oldu".

“Biz bilmədik ki, Xocalıya dörd tərəfdən hücum olub”

“Yeni Müsavat” qəzeti Xocalı faciəsinin 25-ci ildönümündə hadisənin şahidləri ilə söhbət edib.

Fevralın 25-dən 26-a keçən gecə həlak olanların, əsir düşənlərin köçürülməsində yaxından iştirak edən müharibə veteranı Tahir Bayramov öz xatirələrini belə yada salır: “

Qarabağ, Xocalıda qətlə yetirilən azərbaycanlılar, 26 fevral 1992-ci il
Qarabağ, Xocalıda qətlə yetirilən azərbaycanlılar, 26 fevral 1992-ci il

"Fevralın 25-i gecə saat 22-00-dan Xocalıdan atəş səsləri gəlməyə başladı, dəhşətli mənzərə idi. Bunu sadəcə gözlə görmək lazım idi. Ancaq biz bilmədik ki, Xocalıya dörd tərəfdən hücum olub. Bir neçə saat sonra xəbər gəldi ki, Xocalını mühasirəyə alıb, camaata divan tutublar. Maraqlısı budur ki, həmin gün nə televiziyada, nə də radioda belə bir xəbər verilmədi”.

Tahir Bayramov deyir ki, indiyə qədər də Xocalıda gördüklərini unuda bilmir:

“Həmin vaxtlar Xocalıda kino çəkmirdilər. Bunu hər kəs bilsin, bu yaşananlar elə faciə idi ki, yüz illərlə unudulmayacaq. Gərək orda şəxsən olub, nələrin baş verdiyinin şahidi olasan... Mən şəxsən Xocalıda baş verənləri görmüşəm”.

Səməd Seyidov: “Hərbi əməliyyatların bərpası Yerevana sərfəlidir”

Cəbhə xəttində indiki gərginlik Yerevan hakimiyyətinin diqqəti daxili problemlərdən yayındırmaq üçün törədilmiş növbəti təxribatıdır.

Bunu virtualaz.org-a Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ATƏT-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Onun fikrincə, hərbi əməliyyatların bərpası Yerevana sərfəlidir.

Səməd Seyidov, AŞPA-nın sessiyasında , yanvar 2013
Səməd Seyidov, AŞPA-nın sessiyasında , yanvar 2013

“Bu, Ermənistan hökumətinin yoxlanmış metodudur – çətinə düşəndə bundan istifadə edirlər. Seçki ərəfəsində Sarkisyan hökuməti əhalinin artan narazılığı ilə üzləşir, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar dalana dirənib, Dağlıq Qarabağdakı “referendum” cəhdi baş tutmadı”, - Seyidov deyib.

Onun sözlərinə görə, erməni tərəfinin bu hərəkətləri dünya ictimaiyyəti üçün getdikcə daha aşkar olur.

“İlham Əliyev ölkəmizi bütün dünyada lağ və ironiya hədəfinə çevirib”

"İlham Əliyevin öz həyat yoldaşını birinci vitse-prezident təyin etməsi ilə ailə-klan hakimiyyətinin yaradılmasına rəvac verib”. Bunu “Azadlıq” qəzetinə Milli Şuranın sədri, professor Cəmil Həsənli deyib. O bildirib ki, Azərbaycan buna görə “dünyada lağ və ironiya hədəfinə çevrilib”.

Cəmil Həsənli vurğulayır ki, yüz il bundan öncə elan edilən respublika quruluşu indi monarxiya qaydaları, ailə-klan idarəçiliyi ilə əvəz olunur:

“Amma baş verənlərə münasibətdə özünü ziyalı adına və dəyərlərinə iddialı hesab edən bir kəsin belə səsi çıxmır. Məhəlli məsələlərdə gur-gur gurlayan bir sıra “ziyalılar”, JEK müdirlərin, idarə rəislərin divana çəkən face qəhrəmanları belə, tut yemiş bülbül kimi susublar, bir kimsənin cınqırı çıxmır”.

“Zayomlar bazara qayıdır”

Eyni sərlöbhəli yazını yayımlayan fins.az qeyd edir ki, müvafiq qanunvericiliyə edilən dəyişiklik sovet dövründə “zayom” kimi xatırlanan qiymətli kağızları bazara qayıtmağa imkan yaradıb.

“Prezident İlahm Əliyevin fevralın 1-də “Qiymətli kağızlar bazarı haqqında” Qanununda dəyişikliklər edilməsi barədə Qanunun tətbiqi haqda sərəncamına əsasən, qiymətli kağızların sənədli formada buraxılışına yenidən icazə verilib”.

Özbəkistanqa qiymətli kağızlar, 1992
Özbəkistanqa qiymətli kağızlar, 1992

Sayt xarırladır ki, 2015-ci il iyulun 1-də “Qiymətli kağızlar bazarı haqqında” Qanun qüvvəyə minəndən sonra bütün emitentlər sənədli QK-ı dövriyyədən yığmalı old:

“20-dək beləSC arasında «Azərbaycan Beynəlxalq Bankı» ASC də var. Bütün qiymətli kağızlar sənədsiz formaya dəyişildi və bütün emitentlər QK-ın Mill Depozit Mərkəzində (yeganə QK depozitarı) saxlanması barədə müqavilə imzaladı”.

Fins.az yazır ki, qanuna dəyişikliyin səbəbi açıqlanmır:

“İnvestisiya şirkətlərinin birində qanunu şərh edərkən bildiriblər ki, sənədli QK-lar fond bazarı daha yüksək inkişaf səviyyəsində olan bir sıra qonşu ölkələrdə dövriyyədədir (Türkiyə, Rusiya). Şirkətdə hesab edirlər ki, bu dəyişikliklər ilk növbədə korporativ istiqrazlar bazarına marağı artırmaq üçün edilib. Mütəxəssislər hesab edir ki, bu, Azərbaycanda payçı investisiya fondlarının formalaşması üçün zəmin ola bilər”

Günün bütün mövzuları

XS
SM
MD
LG