Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:13

‘Kənd təsərrüfatı ilə məşğul əhalinin əlində texnika yoxdur’-media icmalı 


arxiv foto
arxiv foto

Əkin sahələrinin yandırılmasına görə cərimələr, aqrar sektorun inkişfına mane olan amillər, dini təhsil sahəsində durum və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Aqrar sahənin problemləri

“Yeni Müsavat” qəzetində “Aqrar sektorun dərdi: kredit, sığorta…”sərlövhəli yazı oxumaq olar.

Müəllif kənd təsərrüfatı istehsalındakı durumu ekspert Rəşad Həəsnovla dəyərləndirib.

Yazıda bildirilir ki, kənd təsərrüfatının inkişafı ölkə iqtisadiyyatının əsas prioritetlərindən biri elan edilib. Müəllifin fikrincə, bu sahəyə uzun illərdir dövlət dəstəyi verilir, amma onun yetərli inkişafından danışmaq hələ tezdir.

Buna da bax: 'Aqrolizinq' ASC-yə 160 milyon manat ayrılıb

“Aqrar sektorda çoxsaylı və ciddi problemlər mövcuddur.Ən böyük problemlərdən biri kənd təsərrüfatı istehsalının çox kiçik hissələrə bölünmüş torpaqlarda həyata keçirilməsidir.Torpaq islahatı nəticəsində torpaqlar kiçik hissələrə bölünərək pay torpağı şəklində əhaliyə paylanıb”, deye R.Həsənov bu sahədəki durumu qəzetə belə şərh edir.

Ekspert deyib ki, bir zamanlar əhalinin əksəriyyəti neft gəlirləri hesabına icra edilən infrastruktur layihələrində işləməklə qazanıb, uzun illər boyu torpaqların çoxu istifadısiz qalıb.

Rəşad Həsənov, 2013
Rəşad Həsənov, 2013

R.Həsənova görə, əhali son zamanlar torpaqlardan təyinatı üzrə istifadə etməyə başlayıb.Ekspertin vurğulamasına görə, indi də problemlərdən biri ondadır ki, əksəriyyətinin əlində texnika, ilkin kapital yoxdur.

O, qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının 97 faizi ailə təsərrüfatlarıdır:

“Kiçik təsərrüfatların maliyyə resurslarına çıxış imkanları isə həddindən artıq aşağıdır. Onlar bankların təklif etdikləri girov, zaminlik və sair şərtləri ödəyə bilmirlər. Beynəlxalq təşkilatlar tərəfindən müəyyən layihələr icra edilirdi, banklar vasitəsilə aqrar istehsalçılar üçün kreditləşmə işləri aparılırdı. Lakin bu məbləğlər sektorda inkişafa nail olmaq üçün yetərli deyil”.

Xaricdə dini təhsildən narahatlıq

“Trend.az” saytında “Azərbaycanda mövcud olan iki mindən artıq məsciddən bəziləri din xadimləri ilə təmin olunmayıb” sərlövhəli yazı yer alır.

Müəllif dini thəsil sahəsindəki durumu yeni yaradılan İlhaiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov-la təhlil edib.

Bakı, Bibiheybət məscidi, 2018
Bakı, Bibiheybət məscidi, 2018

Saytda yazılanlara görə, C.Məmmədov deyib ki, institutda islamşünaslıq üzrə təhsilini başa vuran mütəxəssislər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sərəncamına veriləcək və onlar yerlərdə məscidlərə imam vəzifəsinə təyin olunacaqlar.

Rektor habelə vurğulayıb ki, indiyədək üç minə yaxın Azərbaycan vətəndaşı xaricdə dini təhsil alıb. O, bundan narahatlıq da dilə gətirib:

“ Zaman-zaman onların bəziləri təhsil aldıqları ölkənin ideologiyasını Azərbaycanda yaymağa cəhd ediblər. Bilirsiniz ki, qanunvericiliyə edilən düzəlişə əsasən xaricdə dini təhsil alanlar Azərbaycanda məscidlərdə işləyə bilməzlər”.

Bununla yanaşı C.Məmmədov onların arasında savadlı, vətənpərvər mütəxəssislərin olduğunu da söyləyib:

“Qanunvericiliyə əsasən mərkəzi icra hakimiyyətinin razılığı ilə onların bir hissəsi məscidlərdə fəaliyyət göstərirlər”.

C.Məmmədov habelə, İlahiyyat İnstitututunda yeni tədris standartlarının hazırlanması ilə bağlı Təhsil Nazirliyi ilə danışıqlar aparıldığını deyib.

Rektorun qeyd etməsinə görə, bununla bağlıı yaxın gələcəkdə yekun qərarın qəbul ediləcəyi gözlənilir.

C.Məmmədovun həmçinin bildirməsinə görə, institutda təhsilin tam elektronlaşdırılması nəzərdə tutulur.

İlahiyyat İnstitutu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin tabelyində yaradılıb.Bakı Dövlət Unversitetinin ilahiyyat fakültəsi bu instituta aid edilib. Bu il instituta 60 nəfər tələbə qəbulu nəzərdə tutulur.

Əkin sahələrini yandıranları cərimə gözləyir

Qəbələdə meşə yanğını, 2 sentyabr 2017
Qəbələdə meşə yanğını, 2 sentyabr 2017

“Azərbaycan” qəzetində “Əkin sahələrini yandıranlar cərimə olunacaqlar” sərlövhəli yazı dərc edilib.

Yazıda bildirilir ki, taxıl sahələrinin biçindən sonra yandırılması halları hər il baş verir.

Müəllifin qeyd etməsinə görə, bu səbəbdən müxtəlif qurumlar əhalinin nəzərinə çatdırır ki, təsərrüfatlarda kövşənin, yəni məhsulu biçilmiş əkin sahələrinin yandırılması qadağandır və bu işlərə yol vermiş şəxslər cərimələnəcəklər.

Yazıda İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişiklikdən sonra hüquqi vəziyyət də təqdim edilir:

“İnzibati Xətalar Məcəlləsinin 244-1 maddəsinə əsasən, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600, vəzifəli şəxslər 1500 manatdan 2000, hüquqi şəxslər 5000 manatdan 6000 manatadək cərimə ediləcəklər”

Müəllif mövzu ilə bağlı mütəxəssis rəyi də təqdim edir:

“Mütəxəssislər bildirirlər ki, əkin sahələrinin yandırılması nəticə etibarı ilə kənd təsərrüfatına yararlı torpaq sahələrinin üst münbit qatının korlanmasına, əkin yerlərində torpaqların qida maddələri balansının pozulmasına səbəb olur. Əkin sahələrinin yandırılması həmçinin yaxınlıqda yerləşən digər sahələrdə, yaşayış məntəqələrində və meşə ərazilərində yanğın təhlükəsi yaradır, mühəndis kommunikasiya sistemlərini sıradan çıxarır”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG