Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 00:46

'Qazın tərkibində digər ağır tərkiblər aşkarlanıb.'-Media icmalı


arxiv foto
arxiv foto

Yerli mətbuat iyulun 4-də SOCAR-ın sərmayə yatırımlarına, əhaliyə verilən qazın keyfiyyətinə, QTA-nın ölkədə qida təhlükəsizliyinə nəzarətinə toxunur.

Qazın qorxulu tərkibi

“Novoye Vremya” qəzeti qazın keyfiyyətindən yazır: “Keyfiyyətsiz qaz özünü xatırlatdı”.

Qəzet qeyd edir ki, bu yaxınlarda qazın keyfiyyətinə nəzarət edən qurum yaradılıb və “qazın təmizliyi” məsələsinin bundan sonra həll ediləcəyinə ümid etmək olardı.

Amma “Azəriqaz”ın bəzi əməkdaşları problemi təkzib etməklə problemin üstündən keçmək istəyirlər.

“Novoye vremya” AMEA-nın vitse-prezidenti İbrahim Quliyevin fikirlərini təqdim edir. O ölkədə təbii qazın emalı, istehlakı sahəsində qanunvericiliyin pozulduğunu bildirir: “Aparılan tədqiqatlar nəticəsində əhaliyə verilən məişət qazının tərkibində normativ sənədlərin tələblərinə uyğun olmayan, yanmayan qarışıqlar, digər ağır tərkiblər aşkarlanıb. SOCAR-ın tərkbində olan bəzi qaz paylayıcı stansiyalarda qazın tərkibinin təmizlənməsi üçün istifadə olunan avadanlıqlar müasir tələblərə cavab vermir”.

“Azerigaz" şirkəti
“Azerigaz" şirkəti

​Qəzet hesab edir ki, qaz istehsalçıları və paylayıcıları olan müəssisələrin bu deyilənləri inkar etməsi dəm qazından boğulmaların bundan sonra da davam edəcəyi anlamına gəlir. Halbuki bu problemə göz ymmaq olmaz, zəruri tədbirlər görülməlidir:

“Qış fəslində qaz təchizatı sahəsində yaranan fasilələr, evlərdə istilik olmaması, qaz cihazlarının düzgün istifadə edilməməsi dəm qazından boğulmalar yaradır”.

Qəzet yazır ki, cavabdeh qurumlar qazın tərkibini təmizləməlidir, çünki Avropaya qaz ixracına hazırlaşan Azərbaycan öz vətəndaşına keyfiyyətsiz qaz verə bilməz.

Yazıda bir fikir də vurğulanır ki, qazın keyfiyyətinə nəzarət etməli olan qurum səhlənkarlığı ilə Azərbaycan enerji sisteminin səmərəliliyini və etibarlılığını

zərbə altına qoyur, üstəlik də vəzifə borcunu yerinə yetirmir - əhalinin sağlamlığına və təhlükəsizliyinə qayğı gğöstərmir.

Xaricə yatırılan sərmayələr

“Azərbaycan” qəzetinin məqaləsi belə adlanır: “Azərbaycan sərmayəsinin sorağı getdikcə daha çox ölkədən gəlir”.

Qəzet yazır ki, bu uğurların əsası 24 il öncə “əsrin müqaviləsi” adlanan neft kontraktları ilə qoyulub və bu həm də ölkə iqtisadiyyatının dünyaya inteqrasiyasının bünövrəsi idi.

Dollar
Dollar

Məqalədə deyilir ki, hazırda Azərbaycanın quruda və dənizdə yerləşən əməliyyat sahələrində 17 layihə üzrə imzalanmış Hasilatın Pay Bölgüsü Sazişi uğurla icra edilir:

“Xarici tərəfdaşlarla birgə 35 müəssisə, 6 alyans, müxtəlif ölkələrdə çoxsaylı törəmə şirkət yaradılıb. Onlar müasir neft-qaz sənayesinin, demək olar ki, bütün sahələrində fəaliyyət göstərirlər. Neft-qaz sektorunda başlanan əməkdaşlıq, tərəfdaşlıq və iş birliyi artıq getdikcə iqtisadiyyatın daha geniş sahələrini əhatə edir”.

Qəzet vurğulayır ki, indi Azərbaycan özü dünyanın bir çox ölkələrinə sərmayə qoyaraq investisiyaya yönəldilən ölkədən investor ölkəyə çevrilib. Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya, İsveçrəyə sərmayələr yatırır.

Qəzet yazır ki, SOCAR Türkiyədə bu sektorda yeganə istehsalçı olan “Petkim” şirkətinin idarəçiliyində uğurlu nəticələr qazanır:

“15 zavod, 6 köməkçi infrastruktur və ildə 3,6 milyon ton istehsal gücünə malik “Petkim”in əsas hədəfi istehsalat və xidmət keyfiyyətinin yüksəldilməsindən, istehlakçıların artan tələbatlarının vaxtında təmin edilməsindən ibarətdi”.

Bundan başqa, qəzet qeyd edir ki, inteqrasiya şəbəkəsinin əsas elementini illik emal gücü 10 milyon ton həcmində nəzərdə tutulan “STAR” neft emalı zavodu təşkil edir. İlk 5 ildə “STAR”ın Azərbaycan iqtisadiyyatına 614 milyon, növbəti 10 ilin hər ilində isə 864 milyon dollar həcmində gəlir gətirəcəyi gözlənilir.

Məqalədə o da deyilir ki, Hollandiyanın “APM Terminals” şirkəti ilə əməkdaşlıq uğurla davam edir və davamlı investisiya layihələri “SOCAR-Türkiyə Enerji” şirkətini bütövlükdə regionun ən böyük neft-kimya, logistika, konteyner, limançılıq və distribusiya komplekslərindən birinə çevirəcək.

Bu, bir qurumun işidrimi?

“Yeni Müsavat” qəzetində isə “Qida thlükəsziliyi sahibkarlar üçün təhlükəyə çevrilə bilər” başlıqlı məqalə diqqət cəlb edir.

Qəzet yazır ki, iyulun 1-dən Azərbaycanda qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətini Qida Təhlükəsizliyi Agentliyi (QTA) həyata keçirir, ona normativ tənzimləmə, gigyenik sertifikatlaşdırma, ixrac məhsullarına keyifyyət sertifikatlaşdıırlması, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində geniş səlahiyyətlər verilib.

“Lakin bir qurumun həm idxal-ixrac, həm istehsal, həm satış bazarında qida təhlükəsizliyinə effektiv nəzarəti təmin edə biləcəyi şübhələr doğurur. Digər tərəfdən, bir çox mənbələr hesab edirlər ki, QTA-nın tələb etdiyi yenidən qeydiyyat proseduru sahibkarlar üçün əlavə vaxt itkisidir”, - “Yeni Müsavat” yazır.

Qəzet xatırladır ki, agentlik iyulun 1-dən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatının və dövlət reyestrinin aparılmasına start verib və bu proses üç mərhələlidir.

Ekspert Natiq Cəfərli də hesab edir ki, bir dövlət qurumunun qida zəncirinin bütün həlqələrində qida təhlükəsizliyini təmin etməsi mümkün deyil:

“Təkcə Bakı şəhərində 26 minədək satış nöqtəsi var. Bu satış nöqtələrində, həmçinin ictimai iaşə müəssisələrində və s. prosesi nəzarətdə saxlamaq mümkün deyil. Korrupsiya amili olmasa belə, bu proses sahibkarlar üçün əlavə vaxt itkisinə səbəb olacaq”.

Ekspert hesab edir ki, dünya praktikasında olduğu kimi nəzarət hüququ istehlakçıların özünə verilməlidir.

Müəssisələrin qeydiyyatı ilə bağlı tələb olunan sənədlərin siyahısını isə ekspert sahibkarlar üçün əlavə resurs və vaxt itkisi kimi dəyərləndirir.

XS
SM
MD
LG