Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 11:46

Yanvarda hər şey bahalaşıb, təkcə tütündən başqa


Siqaret istehsalı prosesi

Bu ilin yanvarında istehlak məhsulları və xidmətlərin qiymətləri keçən ilin yanvar ayına nisbətən 11,9 faiz bahalaşıb.

Ərzaq məhsullarının qiymətləri 14,5 faiz, qeyri-ərzaq məhsullarınınqiymətləri 12,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8 faiz artıb.

Xəbəri Dövlət Statistika Komitəsi yayıb.

Xəbərə görə, ilin ilk ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarından yalnlz tütün 8,3 faiz ucuzlaşıb. Digər məhsullar bahalaşıb.

Çörək məmulatları və yarmalar 10,4, ət məhsulları 17,4, balıq məhsulları 12,4,süd məhsulları, pendir və yumurta 9,2, yağ və piylər 14,7, meyvələr 19,6, tərəvəzlər 13,8, qənd, cem, bal, konfetlər 17,5,qəhvə, çay, kakao 16,2, mineral sular və şirələr 17,7, araq, konyak 8,1 faiz bahalaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG