Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:19

XİN: Məcburi köçkün probleminin yeganə həll yolu...


Hikmət Hacıyev, 5 dekabr 2014

“Ermənistanın təcavüz və işğalı nəticəsində Azərbaycan adambaşına düşən məcburi köçkünlərin sayının ən çox olduğu ölkələrdən biridir”.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin “20 iyun Dünya Qaçqınlar Günü” ilə bağlı açıqlamasında belə yazılır.

XİN sözçüsü açıqlamsında əsas vurğunu Dağlıq Qarabağ münaqişəsinin üzrəinə yönəldib. Vurğulayıb ki, Ermənistan beynəlxalq hüququ və BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı müharibəyə başlayıb, Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal edib

“İşğal edilmiş ərazilərdə və Ermənistan ərazisində 1 milyondan artıq azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Nəticə etibarilə, hazırda Azərbaycanda əhali artımı ilə əlaqədar məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib”, XİN rəsmisi vurğulayıb.

Onun bildirməsinə görə, son 20 ildə Azərbaycan məcburi köçkünlərə 6 milyard dollar həcmində vəsait sərf edib.

“Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işində məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnu təsdiq edib. Məhkəmə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların azərbaycanlı məcburi köçkünlərin hüquqlarına müdaxilə üçün heç bir hüquqi əsas yaratmadığını bildirib”, deyən H.Hacıyev məcburi köçkün probleminin yeganə həllinin onların təhlükəsiz və ləyaqətli şəkildə öz torpaqlarına qayıtmasının təmin edilməsi olduğunu vurğulayıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Xatırlatma

20 iyun Ümumdünya Qaçqınlar Günüdür.

2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib.

Qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG