2026, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:52
Ilham Əliyev
Ilham Əliyev

AzadlıqLive - İlham Əliyev: "Erməni məsələsi bəhanədir"

Ölkədə və dünyada baş verənləri burdan izləyin

Ölkədə və dünyada baş verənləri burdan izləyin

12:29 31.5.2016

Trump Bakıda pul qoymadan milyonlar qazanıb

«The Washington Post» qəzeti Bakıda tikintisi yarımçıq qalmış «Trump Tower» barədə məqalə dərc edib. Müəllif Kevin Sullivan yazır ki, «Trump International Hotel&Tower» kompleksinin tikintisi ötən il dayanıb, səbəb də neftin ucuzlaşmasıdır. Hazırda kompleksin yerli sahibi böyük itkilərlə üzləşib, ancaq kontraktları yenidən razılaşdırmağa, binanın açılmasına nail olmağa çalışır.

«Amma layihəyə pul xərcləməyən Donald Trump adından istifadə hüququnun satışından və mülkiyyətə idarəçilik müqaviləsindən milyonlar qazanıb. 2014-cü ilin yanvarından 2015-ci ilin iyulunadək Trump bu layihədən 2.5 milyon dollar gəlir, menecment haqqı kimi isə 323 min dollar əldə edib. Bunu prezidentliyə iddialı maliyyə bəyannaməsində qeyd edir».

13:21 31.5.2016

"335 milyon israfçılıqdır" deyənlərə

SOCAR-dan cavab: “Binanın tikintisi deyilənlərdən qat-qat ucuz başa gəlib”. Ətraflı axşm saat 8-də AzadləqLive-da

13:31 31.5.2016

Ermənistanda bir general, iki polkovnik həbs olunub

Mayın 30-da Ermənistanda bir general - Mels Chilingaryan və iki polkovnik - Armen Markaryan və Mger Papyan həbs olunub. Bunu Arminfo xəbər verir.

İstintaq Komitəsinin mətbuat katibi Sona Truzyan öz Facebook səhifəsində yazıb ki, həbslər iki istintaq işi üzrə gedib. Bunlar orduya keyfiyyətsiz məhsulların alınması və malların şişirdilmiş qiymətlə alınması üzrə istintaq işləridir.

General Chilingaryan mayın 23-də prezident Sarkisyanın əmri ilə Oduda İdarə rəisliyindən çıxarıldı.

14:49 31.5.2016

Tusk Avropa Birliyinin parçalanması riskindən danışır

“Vahid və problemsiz Avropa xülyası ilə yaşayan Avropa Birliyi liderləri reallıqdan uzaqlaşaraq populistlərə uduzmaq və blokun parçalanması riskinə gedirlər”.

Bunu bazar ertəsi Avropa Şurasının prezidenti Donald Tusk bəyan edib.

Davamı

​
XS
SM
MD
LG