Şimali Koreyanın uğursuz raket sınağı
Pxenyan mayın 31-də ölkənin şərq sahilindən orta məınzilli ballistik raket buraxıb. Amma sınaq uğursuz olub, raket havada partlayıb. Şimali Koreya bu ilin aprelində də 3 uğursuz sınaq keçirib.
PayPal Türkiyədən gedir
Dünyada əsas onlayn ödəmə sistemlərindən sayılan “ PayPal” Türkiyədəki fəaliyyətini dayandırır. Bu barədə məlumatı şirkətin özü yayıb.
“Azərbaycan Ukrayna təyyarələri alacaq”
Bunu Ukrayna prezidenti Petro Poroşenko özünün Twitter hesabında yazıb. Azərbaycanın alacağı təyyarələri “Antonov” dövlət şirkəti buraxır.
Ötən ay Ukraynanın “Mexatronika” aerokosmik birliyinin rəhbəri Viktor Popov da Azərbaycanın bu ölkədən 2 təyyarə almağı planlaşdırdığını bildirmişdi.
Zaqatalada vəzifəli şəxslər saxanıb
Hüquq mühafizə qurumlarının Zaqatala şəhərində xüsusi əməliyyat keçirdiyi bildirilir.
APA-nın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bir neçə vəzifəsi şəxsi həbs edib.
Həbs edilənlər arasında rayonun icra hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsinin müavini Məhəmməd Kələşovun və daha bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilir.