Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:38
Ilham Əliyev
Ilham Əliyev

AzadlıqLive - İlham Əliyev: "Erməni məsələsi bəhanədir"

Ölkədə və dünyada baş verənləri burdan izləyin

Ölkədə və dünyada baş verənləri burdan izləyin

15:28 3.6.2016

Venesualada "yemək istəyirlər"

Venesuelanın paytaxtı Karakasda “yemək istəyirik” şüarı ilə yüzlərlə adam Prezident Administrasiyasının binası qarşısına toplaşıb. Etirazçıları polis və milli qvardiya dağıdıb, nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edilib.

İlkin məlumatlara görə, mağazaların qarşısında növbə gözləyənlər ərzaqla dolu yük maşınını ələ keçirmək istəyiblər və etirazlar bundan sonra başlanıb.

13:48 3.6.2016

İlham Əliyevdən qanunvercilik təşəbbüsü: Magistr və doktorantlara möhlət

Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə yeni qanun layihəsi daxil olub.

«Report» bu xəbəri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruca istinadən yayıb.

Z.Orucun dediyinə görə, təhsildə fasiləyə yol verməmək, ixtisaslı kadrların hazırlanmasına nail olmaq məqsədilə «Hərbi xidmət və hərbi vəzifə haqqında» Qanuna dəyişiklik təklif olunur: «Qüvvədə olan qanunvericilik aktının 21.1.4-cü maddəsində təkcə bakalavr təhsili alanlara möhlət hüququ verilir. Bundan sonra magistr və doktorantlara da hərbi xidmətdən möhlət hüququnun verilməsi nəzərdə tutulur».

13:26 3.6.2016

Binali Yıldırım: Almaniya tarixi səhv etdi

İyunun 3-də Türkiyənin Baş naziri Binali Yildirim deyib ki, Almaniya “tarixi” səhvə yol verib və bunu düzəltməlidir.

O, Ankaranın hansı addımlar atacağını dəqiqləşdirməyib, ancaq onu da əlavə edib ki, heç kəs ikitərəfli münasibətlərin “tamamilə pisləşəcəyini” gözləməsin.

12:48 3.6.2016

İlham Əliev deyir ki, Sarkisian bir cümlədə 4 yalan deyib

İ.Əliyev deyib ki, "əslində, yalan danışmaqla onlar özlərini ifşa edirlər: Bunun son nümunəsini Ermənistan prezidenti bu yaxınlarda Avrasiya İttifaqının zirvə görüşündə ifadə etdi. Onun sözləri təxminən belə idi ki, Azərbaycan apreldə bu əməlləri edib, «Dağlıq Qarabağ ordusu» vəziyyəti nəzarətə alıb və Azərbaycan Rusiyadan xahiş edib ki, döyüşlər dayandırılsın. Bu cümlədə o, dörd dəfə yalan danışıb»

Davamı

XS
SM
MD
LG