Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:30

Magistr və doktorantlara möhlət hüququ


Milli Məclis

-

Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə yeni qanun layihəsi daxil olub.

«Report» bu xəbəri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruca istinadən yayıb.

Z.Orucun deməsinə görə, təhsildə fasiləyə yol verməmək, ixtisaslı kadrların hazırlanmasına nail olmaq məqsədilə «Hərbi xidmət və hərbi vəzifə haqqında» Qanuna dəyişiklik təklif olunur: «Qüvvədə olan qanunvericilik aktının 21.1.4-cü maddəsində təkcə bakalavr təhsili alanlara möhlət hüququ verilir. Bundan sonra magistr və doktorantlara da hərbi xidmətdən möhlət hüququnun verilməsi nəzərdə tutulur».

Azərbaycanda magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi bir neçə ildir ki, mütəmadi parlamentdə qaldırılırdı. Deputatlar bu məsələdə fikir birliyinə gələ bilmirdilər.

XS
SM
MD
LG