Liberman : "Azərbaycanla münasibətlər çox geniş və olduqca dinamikdir"
İsrail və Azərbaycan arasında əməkdaşlıq ən geniş spektr üzrə və olduqca dinamik inkişaf edir. Bunu İsrailin yeni müdafiə naziri Aviqdor Liberman Trend-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, münasibətlərin səviyyəsi həqiqətən də çox yüksəkdir və iki ölkə üçün onların əhəmiyyətini qiymətləndirmək çətindir: "Bütün sahələrdə ikitərəfli qarşılıqlı fəaliyyətin genişləndirilməsi dövlətlərimizin maraqlarına cavab verir və mənə oldquca perspektivli görünür".
«Dağlıq Qarabağ: Yeni təhlükələr, köhnə həll yolları»
«Azərbaycan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsi hesabına ölkədəki durumu, eləcə də beynəlxalq miqyasda mövqeyini yaxşılaşdırmağa çalışa bilər».Globalriskinsights.com saytında Elisey Boguslavskiy «Dağlıq Qarabağ: Yeni təhlükələr, köhnə həll yolları» adlı məqalədə belə yazır. Media icmalı
Ukraynada 17 nəfərin ölümündən sonra bütün qocalar evləri yoxlanacaq
Kiyev vilayətinin Litoçki kəndində baş verən yanğında ölüm faktı olduğuna görə Ukrayna hakimiyyəti regiondakı bütün qocalar evlərində yoxlama aparmağı lazım bilib. Bu barədə mayın 29 İqtisadi inkişaf nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Atəşkəs 23 dəfə pozulub
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 23 dəfə pozublar.