Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 15:52
Ilqar Məmmədov
Ilqar Məmmədov

AzadliqLive - İlqar Məmmədovu buraxmadılar

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

18:53 28.4.2016

"Hələ belə atışma olmamışdı"

“İndi elə vəziyyətdir ki, ermənilər atan kimi kişilər hamısı evlərdən çıxıb bir yerə yığışırlar. Famil də kənd camaatı ilə bir yerdə dayanıbmış. Vurublar, Famil həlak olub, qalanlar yaralanıb. Əfətli kəndində də yaralılar var. Çəmənlidən isə bu gecə bir ölü, 3 yaralı oldu. Heç belə olmamışdı, axşam saat 12-dən səhər 6-ya qədər atıblar”.

Aprelin 28-ə keçən gecə Ağdam istiqamətində atışma zamanı Çəmənli kəndinin sakini Famil Mustafayev qəlpə yarasından həlak olub. Qohumu Rəsmiyyə Hüseynova AzadlıqRadiosuna deyir ki, ötən gecəki atışmaya oxşarını görməyiblərmiş. Şahidlər nə deyir? Ətraflı axşam saat 8-də AzadlıqLive-da Radioda

16:48 28.4.2016

3 milyon dollara uran satarkən tutuldular

Gürcüstanın xüsusi xidməti 5 yerli sakini saxlayıb. Onlar radioaktiv uranı 3 milyon dollara satarkən yaxalanıb.

Məlumatda deyilir ki, bu şəxslər uranı Kobuletidə mənzilə gətirib, satarkən tutulublar.

Çəkisi 1 kiloqram 665 qram olan uranda iki radioaktiv uran izotopu olub- Uran 238 və Uran 235. Bu izotoplar nüvə materialı hesab olunur.

16:21 28.4.2016

Cəbhədən - bu gecəki atışmadan video

Aprelin 27-dən 28-nə keçən gecə cəbhə xəttində baş verənlərlə bağlı Lider TV reportaj hazırlayıb. Jurnalist Habil Aslanoğlunun hazırladığı və operator İlqar Fərmanlının lentə aldığı reportajda əhalinin mərmi atəşinə tutulması, evlərin bombalanması, insanların yaralanması kimi görüntülər var.

16:10 28.4.2016

Döyülən qaz işçisi polisdən şikayətçidir

“Məni döyüblər. Özü də, kütləvi şəkildə döyüblər. Beynim silkələnib. Baş ağrılarından əziyyət çəkirəm. İş başında döyülmüşəm. Öz vəzifəmi icra edərkən. Ancaq polis məni döyənləri cəzalandırmaq fikrində deyil”.

Bu il fevralın 22-də Suraxanı Qaz İdarəsinin əməkdaşı Ramil Məmmədov Suraxanı rayonu, 13-cü Mədən küçəsindəki qaz tənzimləyicisini yoxlayarkən abonentlər tərəfindən döyülüb. Əsasən başından ağır xəsarətlər alıb. O, AzadlıqRadiosuna deyir ki, onu döyənlər hələ də azadlıqda gəzir

Davamı

XS
SM
MD
LG