Keçid linkləri

Təcili xəbərlər
2020, 15 Avqust, şənbə, Bakı vaxtı 12:18

AzadliqLive - İlqar Məmmədovu buraxmadılar

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin


Ilqar Məmmədov

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

12:10 25.4.2016

"Yaşayış minimumundan aşağı rəsmi gəlirləri olan şəxslər borclarını ödəməyə bilər"?

Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı ANS-ə müsahibəsində banka borcu olanların ödəmə problemlərindən söz açıb.

«İnsanın borcları müqabilində ödədiyi haqların onun aylıq gəlirlərinə nisbəti təxminən 50 faizin altında olmalıdır... Bu haqlar ödənildikdən sonra borc alanın sərəncamında qalan vəsait onun minimal aylıq yaşayışını təmin etməlidir».

12:12 25.4.2016

Milli Şura Zakir Qaralova müraciət edib

«Azadlıq» qəzeti «Milli Şura «Panama sənədləri»nə görə Qaralova müraciət etdi» adlı yazı dərc edilib.

Yazıda bildirilir ki, bu yaxınlarda «Panama sənədləri» adı altında dünya mediasında yayımlanan ifşaedici materialların Azərbaycan hakimiyyəti ilə bağlı hissəsinin araşdırılması məqsədilə Milli Şura Baş prokuror Zakir Qaralova müraciət edib. Media icmalı

12:17 25.4.2016

Bakıda BMT Forumu başlanır

Bu gün Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Forumu başlanır.

«İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd» devizi altında keçirilən Forumun təşkilatçıları qeyd ediblər ki, tədbirə aralarında BMT-yə üzv ölkələrin dövlət və hökumət rəsmiləri olmaqla ümumilikdə 2000-ə yaxın qonaq qatılır.

12:25 25.4.2016

Atəşə tutulan Şıxarx kəndinin fotoları

Müdafiə Nazirliyi Aprelin 24-də Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Tərtər rayonunun Şıxarx qəsəbəsində dağılan evin fotolarını yayıb.

Davamı

Şərhlər (5)

Bu forum dayandırılıb
XS
SM
MD
LG